Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:09

Geylərin evlənməyi, azad marixuana - Amerikalılar daha nəyə səs verdilər


Noyabrın 6 –da ABŞ təkcə prezidenti seçmirdi.
38 ştatda 176 məsələyə münasibət bildirmək də səsverməyə çıxarılmışdı.

Nəticədə, iki ştat - Merilend və Men ABŞ tarixində ilk ştatlar oldu ki, eyni cinsdən olanların evlənməyini referendum yolu ilə qanuniləşdirdilər.

İndiyə qədər belə evlilik ABŞ-ın 6 ştatında leqallaşdırılmışdı. Ancaq bu ştatlarda geylərin evlənməyinə razılıq ya qanunvercilik aktı, ya da məhkəmə qərarı ilə verilib.


Megan Burritt və Amanda Lee Kaliforniyada evlənirlər 15 May 2008
Megan Burritt və Amanda Lee Kaliforniyada evlənirlər 15 May 2008
Merilend və Mendə isə bu, referendum yolu ilə, yəni xalq səsverməsi ilə oldu.
ABŞ-da geylərin evlənməyi 1998-ci ildən referenduma çıxarılır və refrendumların keçirildiyi bütün 32 ştatda bu təklif rədd olunmuşdu.

Merilend və Men 7-ci və 8-ci ştat oldular ki, eyni cins insanların evlənməsinə razılıq verir.

Geylərin evlənməsi məsələsinin ştatlarda irəliləyişini görən mühafizəkarlar Minnesota ştatında isə əks-hücuma keçiblər. Onlar geylərin evlənməsini qadağan edən maddəni ştatın konstitusiyasına yazmağı səsverməyə çıxarmışdılar. Referendumun nəticəsi göstərəcək ki, Minnesota bu qadağanı konstitusiyasına yazan 30 ştata qoşulacaq yoxsa yox.

MARİXUANA

Vaşinqton və Kolorado ştatları isə marixuanadan əyləncə və ya istirahət məqsədilə istifadəyə icazə verdi. Yəni əgər narkotik asılılığın yoxdursa, alıb, çəkə bilərsən.

Bu ştatların marixuana çəkməyə icazə verməsi isə ABŞ-ın federal qanuna ziddir. ABŞ-da marixuana istifadəsi qadağandır.

ABŞ-ın Oklend şəhərində nümayiş- Şüarda yazılıb: "Tibbi marixuana həyatları hivz edir"
ABŞ-ın Oklend şəhərində nümayiş- Şüarda yazılıb: "Tibbi marixuana həyatları hivz edir"

Koloradonun referendumda qəbul etdiyi yerli konstituisiyaya 64-cü düzəliş 21 yaşı tamam olanlara üstlərində bir unsiya , yəni 28 qram marixuana gəzdirməyə icazə verir. Marixuananı çəkməyə bir yasaq var- ictimai yerdə marixuana çəkmək qadağandır.

64-cü düzəliş marixuana çəkənlərə şəxsi istifadə üçün 6 dənəyə qədər bitki yetişdirməyə icazə verir.

Vaşinqtonun qəbul etdiyi təkliflərə görə isə, marixuana yetişdirməyə, satmağa, istifadəyə dövlət lisenziya verəcək, yəni bunu yalnız dövlətin icazəsi ilə etmək olar.
Hər bir yetkin şəxs bir unsiya (28 qram) marixuana ala bilər.
Bundan başqa, marixuana çəkənin maşın sürməsinə qan testi standartı müəyyən olunur.

Tibbi Marixuana bitkisi - Wellness Center, Los Angeles, California, 25 İyun 2012
Tibbi Marixuana bitkisi - Wellness Center, Los Angeles, California, 25 İyun 2012


Maraqlıdır ki, Vaşiqntonda qəbul olunan bu təkliflərə çox güclü sponsorluq olunub. Himayədarlıar arasında tibbi ekspertlər, Ədliyyə Nazirliyinin iki rəsmisi, texnoloji şirkətlərin rəhbərləri və başqaları var.

Bu dəstək nə ilə bağlıdır?

“Narkotik Siyasəti Alyansı” adlı təşkilat “Narkotiklərə Müharibə” ideyasının qəti əleyhinədir. Təşkilatın fikrincə, bununla narkotiklərin kökünü kəsmək olmur.
Alyansın rəhbəri Ethan Nadelmanın fikrincə, narkotik elə məsələdir ki, burda adamlar qabaqda gedir, siyasətçilər dallarınca sürünür, Vaşinqton təkliflərində isə siyasətçilərin təşəbbüsü ələ aldığını göstərir.

Massaçusets ştatında isə tibbi məqsədlərlə marixuana istifadəsinə icazə verildi.
O, buna icazə verən 18-ci ştat oldu.

Eyni məsələ Arkanzasda da referenduma çıxarılmışdı.

ÖLÜM CƏZASI

Kaliforniyada ölüm cəzasının ləğvi təklif olunur.
Bu, qəbul olunsa, ştatda edamını gözləyən 720 məhbusun ölüm cəzası ömürlük həbslə əvəz olunacaq.

ABŞ-ın 17 ştatında ölüm cəzası ləğv olunub. Ancaq bunların hamısı yerli qanunvercilik orqanının qərarı ilə olub.
Yalnılz Oreqon ştatında 1964-cü ildə ölüm cəzası referendumla ləğv olundu, ancaq sonra ştat əhalisi fikrini dəyişdi, yeni referendumla ölüm cəzasını bərpa etdi.

TƏHSİL

Merilenddə mühacirlərə daha aşağı kollec haqqı ödəmək məsələsi referenduma çıxarılmışdı və qəbul olundu.
Bu güzəşt ABŞ-ın 10-dan çox ştatında qanun şəklindədir.

QADINLAR

Noyabrın 6-sı səsverməsi ABŞ siyasətində qadınların uğuru baxımından da əlamətdardır.

Həmin gün Senata keçirilən seçkidə 18 qadın, Nümayəndələr palatasına keçirilən seçkilərdə isə 166 qadın iştirak edirdi.
Hazırda Senatda 17 qadın, Nümayəndələr Palatasında 73 qadın var.

Seçkilərdən sonra qadınlar Senatın 20 faizinə, Nümayəndələr palatasının 17 faizinə sahib ola bilər.

Bu, böyük nailiyyətdir. Çünki hələ də Delaver, Ayova, Missisipi, Vermont kimi ştatlar var ki, onlar Konqresə yalnız kişiləri seçirlər.

KONQRES

Noyabrın 6-da Senata və Nümayəndələr Palatasına da seçkilər idi.
Nümayəndələr palatasında əksəriyyətət respublikaçılarda idi, seçki ilə onlar mövqelərini daha da möhkəmlədiblər.

Associated Pressin məlumatına görə, Nümayəndələr palatasında 435 yerin 90 faizinə seçkilərdə respublikaçılar 227 yer qazanıblar, 9 seçkidə də qabaqdadırlar.

Demokratlar 178 yer qazanıblar, 19 seçkidə isə irəlidədirlər.

Senatda isə əksərtiyyət demokratlarda idi, indiki seçkilərdən sonra 100 yerlik Senatda 53 demokrat və 47 respubikaçı olacaq.
XS
SM
MD
LG