Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:33

Türkiyə ordusu İraqda PKK-ya qarşı əməliyyat keçirib


Türkiyə xüsusi təyinatlı 2 batalyonu dünən və bu gün İraq sərhədini 5 kilometr keçərək PKK düşərgələrində əməliyyat keçiriblər. Noyabrın 7-də açıqlanan məlumata görə, əməliyyata döyüş aviasiyası ilə dəstək verilib və PKK rəhbərliyinin yer aldığı Kandil dağında mövqelər bombalanıb.

Əməliyyatın kiçik, amma effektiv olduğu bildirilir.

Türkiyə tez-tez İraq sərhədini keçərək dağlardakı PKK düşərgələrinə qarşı əməliyyatlar keçirir. Bu yaxınlarda İraq hökuməti bunun suverenliyinin pozulması olduğu haqda bəyanatlar versə də, Türkiyə bu əməliyyatları davam etdirəcəyini göstərir.

80-ci illərdən başlanan PKK kürd terrorçularının hücumlarında Türkiyədə 10 minlərlə adam həlak olub.
XS
SM
MD
LG