Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:09

İmişli parkında ağacları niyə kəsirlər?


Arxiv foto
Arxiv foto
-

AXCP-nin İmişli rayon təşkilatının üzvü Musa Rahim ölümlə hədələndiyini iddia edir. O, hədələrin rayon bələdiyyəsinin üzvü və eyni zamanda həmin bələdiyyənin ekoloji komissiyasının sədri Ağasəlim Hadıyev tərəfindən olunduğunu bildirir.

AĞACLAR KƏSİLİB, YERİ SATILIR

«Rayondakı parkda şam ağaclarının kütləvi qırılması ilə bağlı video çəkib sosial şəbəkələrdə yerləşdirəndən sonra mənə təzyiqlər başlayıb. O, ağacları kəsib yerini satır. Kəsilən ağacları da yığıb həyətinə. Bunları və bələdiyyədə baş alıb gedən digər qanunsuzluqları ifşa etdiyim üçün Ağasəlim Hadıyev məni ölümlə hədələyir. Bundan başqa müxtəlif adamlar mənə çatdırır ki, ehtiyatlı olmalıyam, məni öldürə bilərlər».

Musa Rahim təhlükəsizliyinin təmin olunması ilə bağlı noyabrın 6-da İmişli rayon polis idarəsinə müraciət edib.

Rayon polis idarəsindən AzadlıqRadiosuna Musa Rahimin müraciətini aldıqlarını təsdiqləyiblər.

Ağasəlim Hadıyev isə Musa Rahimin dediklərini təkzib edir. Heç vaxt onu və ya digər birini hədələmədiyini deyir:

«Mən heç vaxt Musa Rahimi hədələməmişəm, bu qəti yalandır. Həm də mənim ağac kəsməklə bağlı heç bir səlahiyyətim yoxdur. Mən kiməm ki, adi bələdiyyə üzvüyəm. Özüm bazarda dəmirçilik edirəm».

AĞACLARIN KƏSİLMƏSİNDƏ PİS NƏ VAR Kİ?

Arxiv foto
Arxiv foto
Qaldı ki, ağacların kəsilməsi ilə bağlı yayılan videoya, Ağasəlim Hadıyev bunu təsdiqləyir və həmin ağacların yerində hazırda uşaq bağçası tikildiyini deyir:

«O, ağacların da çoxu qurumuş ağaclar idi. Bir-iki ağac hələ də qalıb, onlar da yaxın günlərdə kəsiləcək. Ümumiyyətlə rayonda iki yerdə daha çox ağac kəsilib. Onların da yerində Heydər Əliyev Mərkəzi və Gənclər İdarəsi tikilib. Hamısı yeni iş yerləridir. Burda pis nə var ki? Bilmirəm Rahim Musa son vaxtlar niyə elə xeyli dəyişib. Əvvəllər onunla münasibətlərimiz çox yaxşı idi».

Musa Rahim korrupsiya əleyhinə bir neçə dəfə təkbaşına etiraz aksiyası keçirib. Onun 2011-ci ildə hazırladığı «İmişlidə məmur özbaşınalığı və korrupsiya geniş vüsət alıb» lövhəsi hələ də evinin damında qalmaqdadır.
XS
SM
MD
LG