Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:37

Avropa Birliyi Suriya müxalifətinin Assada qarşı birləşməsini alqışlayır


Avropa Birliyinin Xarici Siyasət rəsmisi Catherine Ashton Suriya müxalifətinin birləşmiş koalisiya yaratmasını alqışlayıb. Qahirədə Avropa Birliyi – Ərəb Liqası görüşündə çıxış edən Ashton deyib ki, Ərəb Liqasının Suriya müxalifətinin yaratdığı qurumu Suriya dövlətinin rəsmi təmsilçisi kimi tanımasından da məmnundur.

Həftəsonu ABŞ və Ərəb Liqasının dəstəklədiyi Suriya müxalifət qrupları Qatarda bir araya gəlib Suriya İnqilab və Müxalifət Qüvvələrinin Milli Koalisiyasını yaratmışdılar və qısa vaxt ərzində keçid hökuməti formalaşdırmaq qərarı vermişdilər.

Fransa isə bildirib ki, hələ ki yeni koalisiyanı Suriyanın qanuni təmsilçisi kimi tanımağa tələsmirlər. Bundan ötrü Koalisiya Suriyadakı bütün üsyançı silahlı qüvvələri nəzarətində olduğunu göstərməlidir.

Dünən və bu gün Suriya hökumət təyyarələri müxalifət mövqelərini, xüsusən də türkiy ilə sərhəddəki Ras al-Ayn şəhərini bombalayır.
XS
SM
MD
LG