Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:19

«Hicab taxmaq istəyənlər dini məktəbə getsinlər»


Arxiv foto
Arxiv foto
-

«Hicab taxmaq insanların şəxsi işidir. Ancaq mən Aytən Mustafayeva kimi deyirəm ki, valideyn övladına hicab geydirmək istəyirsə, onda onu dini məktəbə qoymalıdır. Adi məktəblərdə buna normal baxılmır».

Deputat, Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva AzadlıqRadiosunun «Orta məktəblərdə hicab taxılmasına necə baxırsız» sualına cavab olaraq belə deyib.

«Azərbaycanda dini məktəblər yoxdur» sualına isə deputat belə cavab verdi: «Həmin məktəblər yaradılana qədər onların hicab taxmağa və valideynlərin uşaqlarını istədikləri kimi tərbiyə etmək hüquqları var. Dini məktəbləri sivil məktəblərdən ayırmalıyıq».
XS
SM
MD
LG