Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:14

Kadyrov Bakıya niyə gəlib?


İlham Əliyev Ramzan Kadyrov-u qəbul edir, 15 noyabr 2012
İlham Əliyev Ramzan Kadyrov-u qəbul edir, 15 noyabr 2012
-
Noyabrın 15-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadyrov Bakıya gəlib.

Kadyrov Bakıda Azərbaycan-Çeçenistan əlaqələrini inkişaf etdirməkdə maraqlı olduqlarını deyib:

«Azərbaycanın tikinti, təhsil, mədəniyyət və digər sahələrdə inkişafı bizə maraqlıdır. Biz bu sahələrdə razılaşma imzalamaq istəyirik. Əminəm ki, bu səfər xalqlarımız arasında dostluq əlaqələrini möhkəmləndirəcək».

«BİZDƏ SİZİ MARAQLANDIRAN LAYİHƏLƏR VAR»

Kadyrov deyib ki,

«bizdə Azərbaycan investorlarını maraqlandıra biləcək çoxlu layihələr var».

Ramzan Kadyrov Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Oqtay Əsədov deyib ki,

«Azərbaycan və çeçen xalqları arasındakı dostluq münasibətlərinin qədim tarixi var. Sizin səfəriniz əlaqələrimizin daha da genişlənməsinə və yeni müstəvidə inkişaf etməsinə təkan verəcək».

Ramzan Kadyrov Çeçenistanda yaxşı investisiya mühitinin formalaşdığını, Azərbaycanın iş adamlarının
Zöhrab İsmayıl
Zöhrab İsmayıl
Çeçenistan iqtisadiyyatına sərmayə qoya, bunun da hər iki tərəfin xeyrinə ola biləcəyini deyib.

RİSKLİ BÖLGƏYƏ İNVESTİSİYA

İqtisadçı Zöhrab İsmayıl bildirir ki, Çeçenistan riskli bölgədir. Onun fikrincə, Kadyrov-un çıxışı reklam xarakterlidir:

«Kadyrov Çeçenistanı reklam etmək istəyir. Çeçenistan riskli bir bölgədir. Çeçenistanın ümumi Rusiyanın investisiya mühitindən imkanları aşağıdır ki, yuxarı deyil. Orada hakimiyyət də bir əldə cəmləşib. Hansısa layihə həyata keçirmək üçün onunla danışmaq lazımdır. Faktiki olaraq bölgə risklidir, hansı investisiya mühitindən söhbət gedə bilər? Həm də son illər Çeçenistanı çoxlu insanlar tərk edib, o cümlədən imkanlı insanlar. Kadyrov düşünür ki, Azərbaycanın böyük pulları var, ona görə də, burdakı investorları ora cəlb etmək istəyir».

Ramzan Kadıyrov Prezident İlham Əliyevlə də görüşüb. Azərbaycan prezidenti deyib ki, əməkdaşlıq iqtisadi,
Bakıda çeçen qaçqınları, 2006
Bakıda çeçen qaçqınları, 2006
sərmayə qoyuluşu, humanitar sahələrdə genişləndirilə bilər. İlham Əliyev Çeçenistanda sabitliyin bərqərar olduğunu, genişmiqyaslı layihələrin həyata keçirildiyini də deyib.

BAKIDAKI ÇEÇENLƏR DANIŞMAQ İSTƏMİR

Bakıdakı çeçen icmasının üzvləri isə Ramzan Kadyrov-un Bakı səfəri ilə bağlı danışmaq istəmədiklərini bildirdilər. Bakıda yaşayan, adının çəkilməsini istəməyən bir çeçen qaçqın isə deyir ki, Kadırovun səfəri onun üçün maraqlı deyil:

«Kadyrov-un gəlişi haqda mən də bilirəm. Bu, dövlət səfəridir, mən heç nə demək istəmirəm».

90-cı illərdə Çeçenistandan Azərbaycana 12 minə yaxın çeçen gəlib. Onlardan 10 mindən çoxu sonradan Avropa ölkələrinə miqrasiya edib.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin məlumatına görə, hazırda Bakıda 700-ə yaxın çeçen qaçqın statusunda yaşayır.
XS
SM
MD
LG