Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:45

Siyasi fəal oğurlandığını deyir


AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli
-
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli oğurlandığını deyir. Təzəxan Mirələmli deyir ki, onu müxalifətin keçirdiyi aksiyadan əvvəl saxlayıb naməlum yerə aparıblar və noyabrın 18-i səhər saat 6-da azad ediblər:

«Noyabrın 17-də mitinqə getməyə hazırlaşırdım. Evimin yanından, Şəhər 5 saylı xəstəxananın qarşısındakı dayanacaqdan avtobusla Füzuli meydanına getməyə hazırlaşırdım. Saaat 14-30-da iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim etmədən məni sarı nömrə nişanı olan qara «Tofaş» markalı maşına oturtdular. Arada imkan tapıb partiya rəhbərliyinə mülki geyimlilər tərəfindən saxlanıldığım barədə ismarıc yazdım. Əsəbləşib telefonumu aldılar, özümün də gözlərimi bağladılar. Yolda maşını dəyişdilər. Hiss etdim ki, şəhərdən çıxmışıq. Bir xeyli getdikdən sonra maşın dayandı. Haranınsa qapıları açıldı. Maşını içəri sürdülər. Hiss elədim ki, Novxanı, Bilgəh tərəfdi. Çünki dənizin səsi o tərəflərdəki, kimi gəlirdi. Kiminsə villası idi yəqin ki. Gözlərimi açıb məni bir otağa saldılar. Qapını da çöldən bağladılar».

Təzəxan Mirələmli deyir ki, orada olduğu müddətdə tanımadığı başqa bir adam iki dəfə onunla profilaktik söhbət aparıb. Mitinqlərlə heç nəyə nail ola bilməyəcəklərini deyib, söyüb, təhqir edib. Səhərə yaxın yenidən gözlərini bağlayaraq şəhərə gətiriblər. Ayna Sultanovanın heykəlinin yanında buraxıldığı üçün, ora gəldiyi istiqamətdən müəyyən edib ki, onu Novxanıya aparıblarmış. Təzəxan Mirələmli saat 7-də evinə gəlib çıxıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, Təzəxan Mirələmlinin bu iddiaların heç bir məntiqi və hüquqi əsası yoxdur. Bunlar polisin nüfuzuna və imicinə kölgə salmağa yönəlmiş cəhddən başqa bir şey deyil.
XS
SM
MD
LG