ABŞ prezidenti Barack Obama Myanmaya səfəri zamanı demokratik islahatlar davam etdikcə Myanmaya dəstək verəcəyini vəd edib.
6 saatlıq səfər üçün Myanmaya gedən Obama bu ölkəyə səfər edən ilk ABŞ prezidenti oldu.
Obama Rangoondakı çıxışında illərdir hakimiyyətdə olan hərbi rejimdən sonra başlayan islahatlara Amerikanın dəstək verəcəyini bildirib.
Myanma prezidenti Thein Sein ilə görüşən Obama demokratik və iqtisadi islahatların ölkəyə böyük tərəqqi gətirəcəyini deyib.
Barack Obama müxalifət lideri Aung San Suu Kyu ilə də görüşüb. Müxalifət lideri Obamaya dəstəyinə görə təşəkkür edib. Deyib ki, “ən çətin anlar uğura çatacağımızı düşündüyümüz anlardır. Bunun həqiqi olması üçün çalışmalıyıq”.