-
Gözdənuzaq, könüldən iraq sərhəd kəndlərdə ağır şəraitdə yaşayan insanlar içərisində 10-larla körpə böyüyür. Güllə yağışına məhkum olmuş belə kənddə böyüyən körpələr məktəbəqədər təhsil müəssisəsinə gedib, şer öyrənmək, kiçik cəmiyyətə addım atmaq arzularından belə məhrumdurlar. Tovuzun Əlibəyli kəndindəki yonca basmış binanı kənd sakinləri körpələr evi deyə göstərirlər. İş günü olmadığından qapısı qıfıllı olan bu təhsil müəssisəsi, sakinlərin deməsinə görə, əslində nadir günlərdə açıq olur. 4 yaşlı qızını bu bağçaya cəmi 2 dəfə göndərən Vüsalə Tağıyeva şəraitsizlikdən gileylənir:
«Köhnə bağçadır, şəraiti yoxdur. Orda neyləsin yazıq uşaq? Müəllimlər yığılır həyətə. Yemək, filan vermirlər. 1 saatlıq, yarım saatlıq olan bağça nə olacaq?».
Sakinlərin əksəriyyəti bağçaya uşaq göndərməyə meylli deyillər:
«Bağça var burda. Gəlir işçilər. Bina narahatdır. Şəraiti olsa, yaxşıdır...».
9 YAŞLI OĞLAN HƏLƏ MƏKTƏB NƏ OLDUĞUNU BİLMİR...
Söhbətləşdiyim kənd sakini Cəfəriyə deyir ki, bağça və məktəb problemləri ilə dərdi-sərləri qurtarmır. Onun deməsinə görə, kənddə şərait yoxdur, bir tikə çörək tapanda, sevinirlər. O, 9 yaşlı oğlunun adını hələ də məktəbə yazdırmadığını deyir. İndi oğlu maşın ustasının yanında dəmirçilik sənəti öyrənir.
Artıq məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinin balansına verilib. Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev deyir ki, müəssisə həqiqətən də şəraitsizdir və istismara yararlı deyil. Odur ki, yeni bağçanın tikintisi üçün müraciət ediblər. Valeh Rzayev yeni bağçanın layihəsindən danışır:
«YENİ BİNA TİKİLƏCƏK»
«Orada 35 uşaq var, 13 nəfər də tərbiyəçi. O layihə hazırlanır. Onun yerini-filan gəlib seçiblər. Respublika Bərpa Agentliyi bu layihəni icra edəcək. Yeni bina tikiləcək. Vəsait ayrılacaq. Görək nə vaxt ediləcək».
Valeh Rzayev əlavə edir ki, qapısı qıfıllı qalan bağça binasının dam örtüyündən tutmuş divarlarına qədər güllə deşikləridir. Bina kəndin mərkəzində olduğundan Ermənistan tərəfinin bir növ hədəfində qalıb :
«Görkəmli yerlərdir. Borular, divarlar, dam örtüyü dərmə-deşikdir. 70-ci illərin binasıdır. Yeni tikiləcək bağça 50 yerlik nəzərdə tutulur. Hacallı kənd məktəbinin də uşaqlarının burda təhsil alması üçün təklif vermişik ki, yeri artırılsın».
Tovuzun təkcə Əlibəyli kəndində 150 nəfər azyaşlı balaca böyüyür. Onların da digər uşaqlar kimi, öz balaca cəmiyyətlərini qurmaq, bağçada təhsil almaq, oynamaq, gülmək haqqı var. Sizcə də elə deyilmi?