Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:07

Jurnalistlər polisləri bağışladılar


Jurnalistin döyülməsi ilə bağlı araşdırma başlanıb
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
-
Müxalifətin son aksiyasında polis təzyiqi ilə üzləşən iki jurnalist noyabrın 24-də yenidən Daxili İşlər Nazirliyində olublar. Aksiya zamanı onları vuran polislərlə üzləşdiriliblər.

Bu barədə AzadlıqRadiosuna həmin jurnalistlərdən biri – «Yeni Müsavat»ın əməkdaşı Fərahim İlqaroğlu məlumat verib:

«DİN-in Daxili Təhqiqatlar İdarəsində mənimlə «Turan»ın fotoreportyoru Etimad Budaqovu bizi vuran polislərlə üzləşdirdilər. Həmin polislər bizdən dəfələrlə üzr istədilər. Bildirdilər ki, həmin polis əməkdaşları yenicə işə başlayıblar və bu, onların ilk aksiyası olub. Həm də onlara jurnalistlərin hamısının göy yox, sarı gödəkcədə olacağı deyilibmiş».

Fərahim İlqaroğlu deyir ki, onlar nazirin adına ərizə yazaraq şikayətlərini geri götürüblər:

«Bizə dedilər ki, onlar onsuz da peşə fəaliyyətlərini düzgün yerinə yetirmədiyinə görə cəzalandırılacaqlar. Biz idarədə Daxili İşlər naziri Ramil Usubova ərizə yazaraq şikayətimizi geri götürdüyümüzü bildirdik».

Noyabrın 17-də Bakının «Fəvvarələr meydanı»nda müxalifət fəalları parlamentin buraxılması tələbilə aksiya keçiriblər. Bu zaman iş başında olan Fərahim İlqaroğlu və Etimad Budaqov polis təzyiqi ilə üzləşib.

Elə həmin gün Daxili İşlər Nazirliyinə müraciət olunub, jurnalistlərə təzyiq edən polislərin cəzalandırılması tələb edilib.
XS
SM
MD
LG