Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:30

Gey məscidi


Paris yaxınlığında ilk gey məscidi
Paris yaxınlığında ilk gey məscidi
Noyabrın 30-da Paris yaxınlığında geylər üçün məscid açılıb.
Bu, Avropada geylər üçün ilk məsciddir.

Məscidi yaradan Ludovic-Mohamed Zaheddir.
O, məscidi buddistlərin iqamətgahında, meditasiya otağanda açıb.

Özü müsəlman və gey olan Zahed deyir ki, bura qeyri-ənənəvi seksual orientasiyalı bütün qadın və kişilər, transseksuallar gələ bilər.
Bu kiçik otaq rəsmi olaraq Fransada ilk gey və feminist məscidi olacaq.

Fransa müsəlmanlarının liderləri bu layihənin əleyhinədirlər. Layihənin gerçəkləşməsi isə buddist kahinin sayəsində olub.
Həmin buddist kahinin özü homoseksualdır və geylərin haqları uğrunda mübarizə aparır.


Ludovic-Mohamed Zahed
Ludovic-Mohamed Zahed
Əlcəzair əsilli fransalı, 35 yaşlı Zahed birinci namaza 25 müsəlmanın gələcəyini gözləyir.
Ancaq düşünür ki, vaxt keçdikcə gələn çox olacaq.

Onun 6 ay əvvəl yaratdığı “Fransanın homoseksual müsəlmanları” assosiasiyasında da əvvəlcə cəmi 6 adam var idi, indi onların sayı 325-dir.

Bu təşkilatın 3 üzvü neçə vaxtdır ki, yeni məsciddə imam olmaq üçün təlim keçir.

Fransa müsəlmanlarının ənənəvi imamları isə bu yeni layihəni İslama zidd hesab edir.

Parisdəki Böyük Məscidin rektoru Dalil Boubakeur deyir: “ Bu, müsəlman icmasından kənar olan məsələdir. Bu “məscid” o biri məscidlər sırasına daxil ola bilməz, çünki dinin inkar etdiyi prinsiplər üzərində qurulub”.

Arayış üçün deyək ki, belə məscidlər Cənubi Afrikada, ABŞ-da, Kanadada artıq mövcuddur.
Ancaq Avropada ilk dəfədir ki, yaradılır.

ABŞ-da təsis olunmuş “Müsəlmanlar Tərəqqipərvər Dəyərlər uğrunda” adlı təşkilat Şimali Amerikada 6 belə məscid yaradıb. Bu təşkilatın 1500 üzvü var.
XS
SM
MD
LG