Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:48

Hökumətin 2020-ci il planları... [Video]


REAL Hərəkatının sədri İlqar Məmmədov və müstəqil şərhçi Murad Nəsibbəyli «Azərbaycan 2020: Gələcəyə baxış» inkişaf konsepsiyası haqda fikirlərini bildirirlər


-
İlqar Məmmədov:

«Mən anlamıram ki, YAP niyə İlham Əliyevin 2013-cü ildə prezidentliyə namizəd olub-olmayacağı barədə belə dumanlı danışır. Ramiz Mehdiyev də son çıxışında ad çəkmədi. Amma mən əminəm ki, hakimiyyət tərəfindən 2013-cü ildə İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək. Biz buna hazır olmalıyıq».

Murad Nəsibbəyli:

«Belə bir konsepsiya zəif inkişaf etmiş ölkələrdə olur. Bu cür konsepsiyalar Afrika ölkələrinə məxsus konsepsiyalardır. Şərqi Avropada da bu cür konsepsiyaların olduğunu görmək olar. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə sübuta əsaslanan siyasət həyata keçirilir. Belə siyasət bu cür ölkələrdə çoxdan qurulub. İnkişaf etmiş ölkələrdə belə sənədlərə ehtiyac olmur».

«Düşünmürəm ki, bu konsepsiya bu hakimiyyətin 2020-ci ilə qədər hakimiyyətdə olmasının göstəricisidir».

İlqar Məmmədov:

«Əsas qüsur onun təqdimatındadır. Nə üçün dövlət hesabına hazırlanmış siyasi platforma İlham Əliyevin platforması kimi təqdim olunur? Dövlət konsepsiyası bu cür partiya manifesti formasında hazırlanmaz. Bunu bir partiyanın platforması kimi təqdim etmək düzgün deyil. Bu etik qaydalara uyğun deyil».

Murad Nəsibbəyli:

«Düşünmürəm ki, bu siyasi partiyanın bir sənədi kimi ortaya qoyulub».

«Təəssüf ki, biz bu konsepsiyanın kimlər tərəfindən, necə hazırlanmasını bilmirik. Amma bu cür təşəbbüs müsbət qarşılanmalıdır».

«Sənəd meyarlara uyğun deyil. Bu səbəbdəndir ki, yalnız çəhrayı tonlar göstərilib».

İlqar Məmmədov:

«Bu, siyasi manifestdir. Bu, strateji sənəd deyil. Bu, faktiki seçki platformasıdır».
XS
SM
MD
LG