Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:54

J.Rowling-in son romanı serial olacaq


«Boş yer» romanı bu ilin sentyabrında satışa çıxıb və bir həftədə 125 min ədəd satılıb.
«Boş yer» romanı bu ilin sentyabrında satışa çıxıb və bir həftədə 125 min ədəd satılıb.
-
BBC televiziyası Joanne Rowling-in «Təsadüfi boş yer» (The Casual Vacancy) romanı əsasında serial çəkməyə hazırlaşır.

Xəbəri BBC yayıb.

Rowling-in böyüklər üçün yazdığı ilk romanın ekran həyatı 2014-cü ildən başlayacaq.
Xanım Rowling serialın yaradıcıları ilə sıx əməkdaşlıq edəcəyinə söz verib.

Yeri gəlmişkən, bundan əvvəl çəkilən gənc sehrbaz serialında da yazıçı işə ciddi yanaşmışdı.

Yazıçı bildirib ki, «Təsadüfi boş yer» romanı televiziyada baxmaq üçün daha münasibdir, nəinki kinoteatrda.

BBC serialın uzunluğu və sayı barədə iş prosesində məlumat verəcəyini açıqlayıb.

Rejissorun və baş rolun ifaçılarının da adı hələ bəlli deyil.

Romanda kiçik bir ingilis şəhərində mer postu uğrunda mübarizə əks olunub.

İlk dəfə olaraq Rowling-in yaradıcılığında sinfi bərabərlik, siyasət, uyuşdurucu, fahişəlik, zorlanma mövzusuna müraciət etdiyi deyilir.

«Təsadüfi boş yer» romanı bu ilin sentyabrında satışa çıxıb və bir həftədə 125 min ədəd satılıb.

Roman barədə oxucu fikri birmənalı deyil. Onu «çox gözəl» adlandıranlar da var, «maraqsız» sayanlar da.
XS
SM
MD
LG