Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:24

Səməd Seyidov: «Azərbaycana qarşı yalan, böhtan atsalar da...»


Səməd Seyidov
Səməd Seyidov
-
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin dekabrın 12-də Parisdə keçirilən iclasında Azərbaycan üzrə həmməruzəçilərin məruzələri dinlənilib.

Məruzəçilər Pedro AgramuntDebono Grech-in Azərbaycanın bu qurum qarşısındakı öhdəlikləri yerinə yetirməsi ilə bağlı qətnamə layihəsinin Komitə mərhələsində son variantı təsdiq edilib.

APA-nın yaydığı məlumata görə, hesabatda ölkədə demokratiya, hüquqi dövlət, insan hüquqları və fundamental azadlıqların vəziyyəti də əks olunub. Sənədin 3-cü bəndində Azərbaycanın geopolitik vəziyyətinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Hesabatın bu bəndində Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin olduğu qeyd edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanovun münaqişəylə bağlı 3-cü bəndin sonuna əlavəsi qəbul edilib:

«Assambleya təəssüflənir ki, bu danışıqlar indiyə qədər heç bir nəzərə çarpan nəticə əldə etməyib. Hərbi işğalı pisləyən BMT, AŞPA, Avropa Parlamenti və ATƏT-in müvafiq qətnamələri indiyədək icra edilməyib və 20 ildən bəri bir milyona yaxın Azərbaycanlıların hüquqları pozulmaqdadır».

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Monitorinq Komitəsinin iclasında konstruktiv yanaşma sərgilənib:

«Biz məruzəyə qeyri-obyektiv müdaxilələrin qarşısının alınmasının şahidi olduq. Azərbaycanın mövqeyini xeyli insanlar müdafiə etdi və bu da onu göstərir ki, Azərbaycana qarşı hansısa böhtan, yalan atsalar da, bu yalan-böhtanlar ayaq tutsa da, yerimir. Belə cəhdlər həmişə boşa çıxıb və əminəm ki, bundan sonra da belə olacaq. Təbii ki, hansısa insan haqları və digər məsələlərlə bağlı biz gələcəkdə də öz işlərimizi quracağıq».
XS
SM
MD
LG