Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlı dekabrın 17-dən aclıq aksiyasına başlayıb.
APA-nın məlumatına görə, bu barədə İşgəncələrə əleyhinə komitənin sədri Elçin Behbudov keçirdiyi mətbuat konfransında deyib.
Elçin Behbudov qeyd edib ki, Nemət Pənahlı onunla görüşənədək aksiyanı davam etdirmək fikrindədir.
Amma Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində monitorinqlərə məhdudiyyət qoyulduğundan o Nemət Pənahlı ilə görüşə bilmir.
lakin məsələnin araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə APA-ya açıqlamasında Nemət Pənahlının şirin çay və su içdiyini, lakin yemək yemədiyini deyib.
O qeyd edib ki, Nemət Pənahlı qanuna zidd olan bir sıra tələblər irəli sürüb və onlar yerinə yetirilmədiyi üçün aksiya keçirir. Aksiyanı davam etdirsə, digər məhkumlardan təcrid olunacaq, həkim nəzarətinə götürüləcək-deyə o vurğulayıb.