-
«FlashMob»da bu dəfə Azərbaycan Avropa Hərəkatının təşkil etdiyi «Avropalı» fotosərgisinin iştirakçıları çıxış edirlər.
Verilişin qonaqları Kamran, Rəna, Hüseyn və təşkilatçılardan Vüsalə Mustafazadədir.
Vüsalə Mustafazadə deyir ki, dekabrın 18-də keçiriləcək fotosərgidə həmçinin qaliblər də müəyyən olunacaq:
«Artıq foto çəkmək yayılıb və çoxlu fotolar çəkilir, həvəskar fotoqraflar var. Biz də qərar verdik ki, bütün bu həvəskar fotoqrafları toplayaq və onlar üçün motivasiya olsun. 3 mövzu nəzərdə tutmuşduq: Birinci «Sənin gözündə Avropa», ikinci mövzu ən kreativ təbiət mənzərəsi, 3-cü isə portret. Bu sərgi üçün 123 fotoqraf 256 foto vermişdi, çətin idi ilk seçimlər. 2-ci tur üçün seçim edəndə, fotoqraf Orxan Aslanov münsif oldu. Amma əsas münsiflərin arasında Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, bizim idarə heyətinin üzvü Qüdsiyə Məmmədova, teleaparıcı və həvəskar fotoqraf İlkin Həsəni də var».
Vüsalə deyir ki, nəticədə 3 həvəskar fotoqraf qalib olacaq. Mükafat isə puldur. Sərgi 18 dekabr axşam saat 6-da olacaq.
Kamran Nəcəfov deyir ki, sərginin elanını sosial şəbəkədə görüb və qoşulmaq qərarı verib:
«Fikirləşdim niyə də qoşulmayım buna və iki şəklimi göndərdim. Ən çox hissləri ifadə edəcək bir şeyləri çəkməyin tərəfdarıyam. Sərgiyə portret vermişdim. Amma bu işlə həvəskar məşğulam, Azərbaycanda professional fotoqraf olmaq çətindir».
Rəna da sərgiyə iki təbiət və bir portret şəkilləri verib:
«1-2 ildir fotoqrafiya ilə məşğulam, sərbəst çalışıram, sevdiyim şeyləri çəkirəm».
Hüseyn Məmmədov da həvəskar olsa da, bir neçə şəxsi sərgisi və bir neçə foto-layihələrin qalibi olub. Bu sərgiyə də 3 foto göndərib.
Kamranın fikrincə, Azərbaycanda peşəkar fotoqraf olmaq mümkün deyil, çünki fotoqrafların çoxu kommersiyaya meyllənir:
«Toyda gedib şəkil çəkmək fotoqraf olmaq deyil. Son dəfə İlya Raşapın master-klasında olmuşdum. O, 5 ildir foto ilə məşğuldur, bu adam foto çəkmək üçün psixoloq kurslarına gedir. Düşünmürəm ki, bizdə elə fotoqraflar var. Bizdə fotoya sırf kommersiya cəhətdən yanaşılır. Ancaq 2-3 fotoqraf var ki, ortaya sənət qoyurlar. Amma böyük əksəriyyət sosial şəbəkədə səhifə açıb, toy tutur».
Hüseyn isə inanır ki, hər şey inanın özündən asılıdır:
«Məndə də yeni başlayanda alınmırdı. Amma «Youtube»da baxaraq öyrənmək olur. Azərbaycanda fotoqraflar var ki, Avropa və Amerikanın fotoqraflarından geri qalmır. İnsan gərək özü üzərində çalışsın. Proqramları, işığı və kölgəni öyrənsin».
Rənanın fikrincə, fotoqraf olmaq çətindir, hər kəs özünə fotoqrafam deyə bilməz. Amma fotoqrafiyanın da yönləri var:
«Bunun kommersiya tərəfi var. Pissənsə, sənə tələbat olmayacaq və yox olacaqsan. Ən gözəl sənət onu sevə-sevə gördüyün sənətdir».