Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:26

Brahimi Suriyada keçid hökumətinin yaradılmasına çağırıb


Suriya üzrə beynəlxalq vasitəçi Lakhdar Brahimi Suriyada münaqişə tərəfləri ilə 5 günlük danışıqlardan sonra keçid hökumətinin yaradılmasına və buna tam icra səlahiyyəti verilməsinə çağırıb.

Brahimi deyib : “Suriyalıların baxışlarını bir araya gətirməklə həll tapmaq olar. Əgər suriyalılar bunu edə bilmirlərsə, qonşuları, beynəlxalq aləm, bütün insanlar
suriyalılara kömək etməlidirlər. Biz əminik ki, 2012-ci ilin iyunundakı Cenevrə konfransı bu böhrana bir neçə aya son qoya bilən planı irəli aparmaq üçün kifayət qədər elementə malikdir”.
XS
SM
MD
LG