-
Sən demə, indi dünya ədəbiyyatının klassiki sayılan Amerika yazıçısı John Steinbeck-ə 1962-ci ildə Nobel mükafatı könülsüz verilibmiş.
Bu, İsveç Akademiyasının açıqladığı sənədlərdən bəlli olub.
(Qaydalara görə, İsveç Akademiyası qaliblərin seçimi prosesi ilə bağlı sənədləri yalnız 50 ildən sonra açıqlaya bilər).
O zaman münsiflərin bəziləri düşünürmüş ki, Steinbeck mükafata bir elə layiq deyil, amma “pislər arasında ən yaxşısıdır”.
1962-ci ildə mükafata 66 yazar iddia edirdi. Qısa siyahıya isə Steinbeck-lə yanaşı Britaniya yazıçıları Robert Graves və Lawrence Durrell, fransız dramaturqu Jean Anouilh, danimarkalı yazar Karen Blixen düşmüşdü.
O zaman bəzi münsiflər düşünürdülər ki, Steinbeck ən yaxşı əsərlərini çoxdan yazıb. “Siçanlar və adamlar” 1937-ci, “Qəzəb üzümləri” 1939-cu, “Mirvari” isə 1947-ci ildə çap edilmişdi. Amma akademiyanın daimi katibi Anders Österling hesab edirdi ki, yazarın 1961-ci ildə çap edilmiş “Həyəcanımızın qışı” romanı ilə Steinbeck müəyyən fasilədən sonra özünün ictimai həqiqətləri dilə gətirən əsl realist olaraq yüksək statusunu bərpa edib və bununla da Sinclair Lewis və Ernest Hemingway kimi sələfləri ilə eyni mötəbər məqama yüksəlib.
Nobel Komitəsinin üzvü Henry Olsson isə düşünürmüş ki, namizədlər arasında xüsusi seçiləni yoxdur. Açıqlanan sənədləri analiz edərək məqalə hazırlamış isveçli jurnalist Kaj Schueler yazır ki, münsiflər Graves-i “bir neçə tarixi roman yazsa da, daha çox şair kimi qəbul edildiyi üçün” bəyənməyiblər. Olsson deyirmiş ki, Ezra Pound sağ ikən mükafatın hansısa başqa anqlo-sakson şairə verilməsi düzgün deyil. O, başqa anqlo-sakson şairlərin Pound qədər istedadlı olmadığını düşünürmüş.
Blixen həmin ilin sentyabrında öldüyü üçün mükafat ona verilə bilməzdi. O ki qaldı Durrell-ə, jurnalist yazır ki, münsiflər onun hələ ki Nobel almaq səviyyəsinə qalxmadığını düşünürmüşlər. Amma eyni zamanda onun namizədliyini qarşıdakı illərdə diqqətdə saxlamağa qərar vermişdilər.
Münsiflərin niyə fransız Anouilh-un namizədliyinə “yox” deməsinin səbəbi məlum deyil. Amma bundan iki il qabaq – 1960-cı ildə Nobelə başqa bir fransız – şair Saint-John Perse layiq görülmüşdü...
1962-ci ildə Steinbeck-in Nobelə namizədliyi artıq 8-ci dəfə idi irəli sürülürdü. Amma münsiflər bir xeyli baş sındırandan sonra kompromis variant kimi məhz onu qalib elan etmişdilər.
Yeri gəlmişkən, John Steinbeck-in 1962-ci ildə Nobel mükafatına layiq görülməsi birmənalı qarşılanmamışdı.
İsveç Akademiyasının həmin qərarını sərt tənqid edənlər olmuş, bir İsveç qəzeti isə bunu akademiyanın “ən böyük səhvlərindən biri” adlandırmışdı.
“New York Times” o zaman sual edirdi ki, görəsən niyə mükafat “məhdud istedadı (ən yaxşı əsərlərində belə) onuncu sort filosofluğu içində it-bat olan” bir yazara verilib? Qəzet təəccübünü gizlətməyərək əlavə edirdi ki, maraqlıdır, mükafat niyə öz əsərləri, eləcə də nüfuzu və əhəmiyyəti ilə 20-ci əsr ədəbiyyatına daha böyük təsir göstərmiş bir yazara verilməyib?
O ki qaldı John Steinbeck-in özünə, o, aşağıdakı Nobel nitqində deyir ki, mükafata layiq olduğuna bir az şübhə edir...
“Guardian” qəzetinə istinadla oxuzalı.az