Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:52

İstifadədə olan torpağa görə bələdiyyənin alqı-satqı təklifi qanunidirmi?


Arxiv foto
Arxiv foto
-

Sabirabad sakini Səfiyar Məmmədov «Qaynar xətt»ə Sabirabad bələdiyyəsindən şikayət edib. O, 1994-cü ildə istifadəsinə verilmiş 10 sot həyətyanı torpaq sahəsinə görə indi bələdiyyənin onunla alqı-satqı etmək istəməsi ilə razılaşmır:

«O vaxt bələdiyyə yox idi, torpaq icra nümayəndəliyi tərəfindən aktlaşdırılıb, mənim istifadəmə verilib. İndi bələdiyyə deyir ki, gəl mənimlə həmin torpaq sahəsinə görə alqı-satqı et. Axı 20 ilə yaxındır bu torpaqdan istifadə edirəm, bu, mənim torpağımdır, mənim olan əmlaka görə niyə alqı-satqı etməliyəm? Bir sözlə, öz torpağımı özümə satmaq istəyirlər».

«BƏLƏDİYYƏNİN TƏLƏBİ QANUNİDİR»

Ancaq hüquqşünas Namizəd Səfərov bələdiyyənin təklifini qanuni hesab edir:

Namizəd Səfərov
Namizəd Səfərov
«O torpaq sahəsi Səfiyar Məmmədovun istifadəsinə verilsə də tam mülkiyyətinə verilməyib. Tam mülkiyyətə keçməsi üçün mütləq alqı-satqı olmalıdır».

Hüquqşünas deyir ki, torpağın istifadəçisi ərizə ilə bələdiyyəyə müraciət edib, torpaq sahəsinin təyinatını, dövlət, yoxsa bələdiyyə fonduna aid olduğunu müəyyən etməlidir. Ərizəsində torpağın mülkiyyətinə verilməsi istəyini də qeyd etməlidir. Bələdiyyə də hərrac keçirəcək. Uzun müddət torpaqdan istifadə etdiyinə və aktla ona verildiyinə görə üstünlüyü olan müştəri kimi torpağı alması üçün ilk olaraq Səfiyar Məmmədova təklif edəcək. Yalnız alqı-satqıdan sonra torpaq onun mülkiyyətinə verilə bilər.
XS
SM
MD
LG