Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:23

ARDNŞ-in Washingtondakı 12 milyon dollarlıq binası


ARDNŞ-in Washingtondakı binası
ARDNŞ-in Washingtondakı binası
-

Azərbaycanın bu günədək ABŞ-da aldığı ən böyük daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Şirkətin prezidenti Rövnəq Abdullayev bu yaxınlarda verdiyi müsahibədə ABŞ paytaxtı Vaşinqtonda belə bir bina aldıqlarını təsdiq etmişdi.

Bina 2012-ci il oktyabr 9-da 12 milyon dollara alınıb. Bina dünya boyu demokratiyanı önə çəkən Freedom House qərargahı ilə üzbəüz yerləşir.

«Amerikanın Səsi»nin məlumatına görə, binanın habelə 14 avtomobillik dayanacağı var. 2010-cu ildə binaya görə illik daşınmaz əmlak vergisi 167,689 dollar ödənilib.

Bina Washingtonun tarixi rayonlarından sayılan Dupond Dairəsində yerləşir. Dairə ABŞ-ın vətəndaş müharibəsi dövrü tanınmış admirallarından Samuel Francis du Pont-un adını daşıyır. Burada çox saylı səfirliklər və dünyanın tanınmış şirkətlərinin baş ofisləri yerləşir.

Hazırda binada təmir işləri gedir. ARDNŞ-in Washington ofisindən əvvəl bu binada «Heldref» nəşriyyat evi fəaliyyət göstərib.
XS
SM
MD
LG