Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:20

Şəmkir ordu birləşməsinin komandanı Rövşən Əkbərov: 'Əsgər dağdan yıxılıb ölüb'


Rövşən Əkbərov
Rövşən Əkbərov
-
«Əsgər Ceyhun Qubatovun gözünün altında olan yara dağa qalxanda, bir neçə dəfə yıxılması nəticəsində yaranıb».

Bunu Şəmkir ordu birləşməsinin komandanı Rövşən Əkbərov yanvarın 8-də Daşkəsəndəki hərbi hissələrdən birində vəfat edən Ceyhun Qubatovun ölümü barədə «Media forum»un suallarını cavablandırarkən deyib.

R.Əkbərov əsgərin döyülüb öldürülməsi ilə bağlı məlumatların düzgün olmadığını və bu barədə ictimaiyyətə yanlış informasiya verildiyini deyib:

«Döyülmə olsa, hansısa daxili orqanı partlamalıdır, başa vurulma olsa, beyin dağılmalıdır. Ölüm halı bunun nəticəsində ola bilər. Əsgərdə ürək çatışmazlığı olub. Dağa qalxıb. Ora dəniz səviyyəsindən 3000 metrdən də çox yüksəkdədir. Təzə əsgərdir, hündürlüyə qalxıb, gücü az olub. Bölük komandirinin günahı ondadır ki, əsgərlərə tapşırıq verib ki, oranı bir günə qalxsınlar. Amma briqada komandirinə, qərargah rəisinə, tabor komandirinə tapşırıq verilib ki, təzə əsgərləri hündürlüyə mərhələ-mərhələ qaldırsınlar. Bununla bağlı mənim də əmrim var. Gərək onlar bir qədər hündürlüyə qaldırılaydılar, bir neçə gün orada qalaydılar, sonra daha yüksəkliyə qalxaydılar».

ƏVVƏLCƏ BİZ DƏ ELƏ BİLDİK Kİ, DÖYÜLÜB

Yayılan foto və videolarda Ceyhun Qubadovun bədənində xəsarət izlərinin olmasına gəldikdə, R.Əkbərov deyir ki, əsgərin gözünün altında olan yara dağa qalxanda, bir neçə dəfə yıxılması nəticəsində yaranıb:

«Orda yıxılıb, üzü dəyib. Lap tutaq ki, onun üzünə, burnuna vurublar. Bundan insan ölmür, keçinmir ki. Düz deyil? Axı məntiq olmalıdır da. Gərək nəyləsə başından vurasan ki, beyni dağılsın, ya sinəsindən vurasan ki, qaraciyəri dağılsın və bu da ölümə səbəb olsun. Ekspertiza rəyi var. Orada qeyd olunub ki, o, yıxılıb, burnu dəyib. Onun burnu sınıq deyil, burnunun üstü cırılıb. Gözünün altı da partlayıb. Əvvəlcə biz də elə bildik ki, döyülüb. Sonra hərbi-tibbi ekspertizası keçirilib. Hərbi-tibbi ekspertlər meyitə baxıblar və onlar deyiblər ki, onun gözünün altındakı yaralarda daşın qırıntıları və qum qalıb».

Ceyhun Qubatov ötən ilin oktyabrında Xırdalan hərbi komissarlığından xidmətə çağırılıb. Yanvarın 8-də Daşkəsəndəki xidmət etdiyi hərbi hissədə vəfat edib. Hərbi-tibbi ekspertizanın ailəyə verilən rəyində əsgərin ürək çatışmazlığından vəfat etdiyi bildirilsə də, yaxınları onun döyülərək öldürüldüyünü deyirlər.

Hadisə ilə bağlı cinayət işi açılıb. Bir neçə hərbçinin həbs edildiyi bildirilir.
XS
SM
MD
LG