Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:32

Hərbi polisin rəisi şantajda ittiham olunur


Gürcüstan hərbi polisinin keçmiş rəisi qeyr-ənənəvi seksual oriyentasiyasına görə bir çox məşhur şəxsi şantaj etməkdə ittiham olunur.

Baş prokuror Archil Kbilashvili yanvarın 15-də Tbilisidə jurnalistlərə deyib ki, keçmiş hərbi polisin rəhbəri Megis Kardavanın bir çox məşhur fiqurların homoseksual əlaqələrini görüntülətdiyinə dair əllərində dəlillər var.

Prokuror bildirib ki, Kardava bu görüntülərdən həmin şəxslərdən külli-miqdarda pul qoparmaq və ya onları öz informatoru kimi işlətmək üçün istifadə edibmiş.

Kardava bir həftə əvvəl Gürcüstanı tərk edib və harada olduğu bilinmir. Prokurorluqdan bildiriblər ki, hüquqi proseduralar bitən kimi onu beynəlxalq axtarışa verəcəklər.

Oktyabrda Prezident Mikheil Saakashvilinin partiyası parlament seçkilərini uduzandan və Bidzina İvanishvili Baş nazir olandan sonra bir çox keçmiş məmurlara qarşı cinayət işləri açılıb.
XS
SM
MD
LG