Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:56

Mehmet Ali Birand öldü


Mehmet Ali Birand
Mehmet Ali Birand
-
Bakı vaxtilə saat 20:29-da Mehmet Ali Birand yerləşdirildiyi xəstəxanada həyatla vidalaşıb.
***
Bu səhər Türkiyənin tanınmış jurnalisti Mehmet Ali Birand-ın öd kisəsindəki rahatsızlıqla bağlı yatdığı xəstəxanada öldüyü xəbəri yayılıb.

Ardından Birand-ın oğlu Umur Birand Twitter-dən bir açıqlama yayıb. O, atasının hələ yaşadığını, reanimasiyada olduğunu və yaxşılaşması üçün dua etdiklərini bildirib.

Daha sonra «Kanal D» xəbər müdiri Salih Selçuk açıqlama verib. O da tanınmış jurnalistin yaşadığını, ancaq reanimasiyada olduğunu təkrarlayıb.

Türk mediası daha bir açıqlamanın Amerikan Xəstəxanasından gəldiyini bildirib.
Yazılı açıqlamada Birand-ın bu xəstəxanada yatdığı və reanimasiyada saxlanıldığı vurğulanıb.

Xəstəxanadan tanınmış jurnalistin sağlıq durumu ilə bağlı mediaya yazılı açıqlamalar veriləcəyi də bildirilib.

M.A. Birand 1941-ci ildə İstanbulda doğulub.

Qalatasaray Lisəsindən məzun olub.

Jurnalistlik fəaliyyətinə 1964-cü ildə «Milliyet» qəzetində başlayıb.

«32. Gün» adlı proqramı ilə şöhrətlənib.

Birand Türkiyənin ən populyar köşə yazarı, xəbər aparıcısı və prodüseridir.

«Kanal D» Xəbər Qrupunun başçısıdır.
XS
SM
MD
LG