Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:05

5 qəpik kampaniyası, Rusiya təhlükəsi...


5 qəpik kampaniyasının yaydığı foto
5 qəpik kampaniyasının yaydığı foto
-
«Yeni Azərbaycan» «İsa Qəmbərin 5 qəpiklik ürəyi» adlı məqalədə yazır ki, Müsavat Partiyası başqanı Lənkəranda baş verənlərdən reklam kimi istifadə edir:

«Əslində, bu da başadüşüləndir, radikal düşərgədə vahid namizəd məsələsi ətrafında döyüş başlayıb».
«12 yanvar mitinqindən sonra biz artıq fərqli cəmiyyətdə yaşayırıq». Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu «Bizim yol»a belə deyib. Onun sözlərinə görə, «ərəb baharı» da elə bu cür başlamışdı.
«Zerkalo» manşeti belədir: «Sarkisyanın seçki öncəsi ritorikasına diqqət yetirməyə dəyməz». Qəzetin yazdığına görə, rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı real mövqeyi prezident seçkilərindən sonra aydın olacaq.
«Yeni Müsavat» yazır: «Hakimiyyət «Rusiya təhlükəsi»nə qarşı hərəkətə
keçdi».

Qəzet iddia edir ki, İbrahimbəyova qarşı qaldırılan cinayət işinin arxasında «üçüncü qüvvə»nin meydana çıxması dayanır; Abbas Abbasovla danışıqlara baxmayaraq Bakının ÜATİ ilə bağlı şübhələri qüvvədə qalır».
««Telefon terrorçuları» dövlətə baha başa gəlir». Bunu «Exo» yazır. «Bomba qoyulması haqda xəbər daxil olduqda dərhal FHN, MTN, başqa xüsusi xidmət orqanları, səhiyyə işçiləri və xeyli qüvvə hadisə yerinə gəlir. Yollar bağlanır və s».
XS
SM
MD
LG