Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:33

Sevinc Babayevanın oğlu Ayxan Məmmədov prokurorluğa çağırılıb


Sevinj Babayeva
Sevinj Babayeva
Bu günlərdə Türkiyədə vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov növbəti dəfə istintaqa çağırılıb.

Bu barədə APA-ya Ayxan Məmmədovun özü məlumat verib.
Ayxan Məmmədov istintaq qrupunun dəvəti ilə bir neçə gün əvvəl Bakı Şəhər Prokurorluğunda olduğunu deyir.

Ona cinayət işinin hazırkı mərhələsi, anasının ölümünün araşdırılması və digər məsələlər barədə məlumat verilib.

“Mənə dedilər ki, hazırda istintaq tədbirləri davam etdirilir, müəyyən detallar üzərində iş aparılır. Bundan başqa, mənə bildirdilər ki, hər şey obyektiv araşdırılacaq. Anamın Türkiyəyə kimin təklifi ilə getməsi, orada kiminlə görüşməsi, Gülər Əhmədovanın və onun ailə üzvlərinin bu prosesdə nə kimi rolunun olması araşdırılacaq”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan Süevinc Babayeva axtarışda idi.
O Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq altında idi.

Sevinc Babayeva Türkiyənin “Medicana International İstanbul Hospital” xəstəxanasında vəfat edib.

Xəstəxanadan verilən ilkin məlumata görə, o həmin müəssisəyə başqa adla (Məryəm Solmaz) gəlib və ürək çatışmazlığından vəfat edib.

Azərbaycanın Baş prokuroru Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırıb və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunublar.
XS
SM
MD
LG