Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:51
AŞPA-da Azərbaycan nümayəndə heyətinin qələbə sevinci
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

AŞPA-da Azərbaycan nümayəndə heyətinin qələbə sevinci

AŞPA Azərbaycanda siyasi məhbuslara dair qətnaməni qəbul etmədi

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycana dair iki qətnamə layihəsi müzakirəyə edib. Onlardan biri siyasi məhbuslar üzrə məruzəçi Christoph Strasser-in hesabatı, ikincisi isə həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech-in birgə hazırladıqları məruzədir. AzadlıqRadiosunun müxbirləri Strasburqdan xəbər verirlər.

21:01 23.1.2013
Azərbaycan nümayəndə heyətinin üzvü Əli Hüseynov Strasseri Azərbaycana qarşı obyektivliyə, müzakirə iştirakçılarını onun təklif etdiyi hesabatın əleyhinə səs verməyə çağırdı.
20:19 23.1.2013

Səməd Seyidov müzakirələrin gedişi haqda
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00
Müzakirələrin gedişini şərh edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov AzadliqRadiosuna dedi:

Azərbaycan haqqında həqiqətlər Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda özünə yer tutmaqdadır. Həddindən artıq qərəzli çıxışlar da oldu. Bu qərəzli çıxışlar içərisində hansısa kiçik faktı götürüb böyütmək, ümumiyyətlə olmayan məsələni qabartmaq və bu kimi işləri görürük. Ümumiyyətlə götürəndə, müzakirələrin nəticələri haqda danışmaq hələ tezdir. Amma bir məsələni qeyd etmək istəyirəm ki, Azərbaycanın inkişafı, Azərbaycanın Avropadakı rolu və ümumiyyətlə dünyada artan nüfuzu artıq Avropada, Avropa Çurası və digər beynəlxalq qurumlarda Azərbaycanı daha diqqətlə öyrənməyə ehtaiyac yaradır. Onların arasında məsələyə obyektiv yanaşanları da var, özünüz gördüyünüz kimi elə cəfəngiyyat iddialar irəli sürənlər də var ki, bu haqda ciddi danışmaq olmur

Davamı

XS
SM
MD
LG