-
Heydər Əliyevin heykəli Mexikonun mərkəzi küçəsindən götürülüb.
Meksika paytaxtının rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlarda şəhərsalma normalarının pozulmasını rəsmi səbəb göstərib.
«RİA Novosti»nin məlumatına görə, yanvarın 26-na keçən gecə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin Mexikonun mərkəzi küçəsinin park zolağında yerləşən heykəli şəhərin başqa yerinə köçürülüb.
Sözügedən heykəl 2012-ci ilin avqustunda Azərbaycan tərəfinin maliyyəsi ilə hazırlanmışdı. Mexiko merinin daha öncə mediaya açıqladığına görə, heykəlin köçürülmə xərclərini meriya qarşılayacaqdı.
Söküntünün aparıldığı yeri 200-dək polis qoruyub. Bu zaman çevrədəki küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.
Heykəlin haraya köçürülməsi barədə, hələlik, rəsmi məlumat yoxdur. Daha əvvəl Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarov «RİA Novosti» agentliyinə bildirmişdi ki, Mexiko meriyası ilə ilkin razılıq əsasında H.Əliyevin heykəli Azərbaycan tərəfinə şəhər civarında veriləcək ayrıca ərazidə yerləşdiriləcək. Bu ərazidə Azərbaycanın Mədəniyyət Mərkəzi açılmalıdır.

|