Yanvarın 29-da günorta Qazaxıstanda təyyarə qəzasında azı 20 nəfər həlak olub. Prokurorluqdan verilən məlumata görə, SCAT aviaşirkətinə məxsus olan Challenger-200 təyyarəsi Kokşetaudan Alma-Ataya uçurmuş və hava limanına 5 kilometr qalmış yerə düşüb. Qəza ilə bağlı cinayət işi açılıb. Hazırda hadisə yerində xilasedicilər və istintaq orqanları çalışır.