Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:45

Vaqif Səmədoğlu: "Yəqin Əkrəmdə kimlərəsə xoş gəlmək ehtirası var"


Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
-

Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında çap olunan “Daş yuxular” romanına Xalq şairi Vaqif Səmədoğlundan da münasibət gəldi.

Modern.az-a eksklüziv açıqlamasında V. Səmədoğlu məlum əsər və həmkarı haqqında bunları dedi:

“Bu onun öz işidir. Öz vicdanı ilə cavab versin. Hansı məqsədlə yazıldığını biləndə ilk növbədə ağla epataj anlayışı gəlir. “Epataj” deyəndə, əlbəttə ilk növbədə şou və şou-biznes adamları yadımıza düşür”.

Daha sonra Xalq şairi qeyd edib:

“Mənim əsərlərimə cəmi iki nəfər qiymət verib. Rəsul Rza və Məmməd Arif. Məmməd Arif mənə demişdi ki, “ədəbiyyatla məşğul ol, ixtiyarın var, amma unutma ki, şair gərək ildə bir dəfə şuluq salsın”.

Gördüm ki, dünyada bütün tanınmışlarda da epataj var. Əkrəm də da yəqin epataja əl atır. Doğrudur, romanı oxumamışam. Əkrəm də mənim kimi yaşa dolub. Yəqin yaddan çıxmaq qorxusu və bəyənilmək ehtirası, kimlərəsə xoş gəlmək ehtirası var. Elə şeylər ədəbiyyatda şou-biznes söz-söhbətini xatırladır. Mənim üçün Nadir Qafarzadənin “türklər kimdir, onlardan min dəfə yaxşı oxuyuruq” deməsi ilə “Daş yuxular” arasında mahiyyət etibarilə heç bir fərq yoxdur”.

Elmin Nuri
modern.az
XS
SM
MD
LG