Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:10

Ölkədə baş verənlərə iki fərqli baxış [Video]


Hüquq müdafiəçisi Sədaqət Paşayeva və siyasi şərhçi Rufiz Qonaqov ölkədə baş verən son hadisələrə öz baxışlarını açıqlayırlar.

-


Sədaqət Paşayeva:

«Ölkədə son vaxtlar baş verən hadisələr çox ciddi hadisələrdir. Bu məsələlərlə bağlı hər bir vətəndaşın ciddi mövqeyi olmalıdır. İsmayıllı hadisələri toplum sosial narazılıqdır. Sosial narazılıq idarə olunmur deyə, anlaşılmazlıq, qarşıdurma yarandı. Rayon sakinlərinin verdiyi məlumatlardan məlum olur ki, bu, bir və bir neçə ilin deyil, uzun illər əhalinin yığılıb qalmış, çox ciddi narazılığının nəticəsi idi. Sanki bıçaq boğaza dirəndi və bu hadisə baş verdi. Bu da onu göstərir ki, insanların cəmiyyətdə, ümumiyyətlə, mənsub olduqları siyasi rejimdə rolu zəif olduqca, bu cür sosial partlayışlar olur. Yəni, insanlar hadisələrdən, onları idarə edən sistemdən tamamilə kənarda qalırlar. Birtərəfli məlumatlar onlara çatdırılır. Bu da onu idarə edənlərlə idarə olunanlar arasında çox ciddi ziddiyyətlər yaradır. Bu, sosial narazılıqlar birmənalı olaraq insanların içərisində var. Sosial narazılıqlar və sosial aktivlik qanunlarla tənzimlənir...».

Rufiz Qonaqov:

«Biz demokratik və qanunların aliliyi olan bir cəmiyyətdə yaşayırıq. Bütün dünya və Avropa ölkələrində bu və ya digər şəkildə belə hadisələr olur. Hətta həmin iri Avropa şəhərlərinin özündə də biz vaxtaşırı kütləvi etiraz aksiyaların şahidi ola bilirik. Bunu uzun illər yığılıb qalmış sosial problemlər kimi qeyd etmək düzgün deyil. Çünki sosial problem olsaydı, bundan əvvəl də, yəni orada yol nəqliyyat hadisəsi baş verməmişdən əvvəl də bu hadisə baş verərdi. Bir neçə rayonda baş verən hadisə konkret faktlarla əlaqəli olub. Bu aksiyalarda sosial narazılıqlar dilə gətirilməyib. Sosial narazılıq vardısa, onda gərək həmin tələblərin içərisində sosial tələblər öz əksini tapaydı…».
XS
SM
MD
LG