Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:26

YAP- a 1 milyon 145 min manat


Maliyyə Nazirliyi siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaiti verməyə başlayır.

“Siyasi partiyalar haqqında” qanuna əsasən siyasi partiyalar üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Dövlətin ayırdığı vəsaitin partiayalar arasında bölgüsü və onların bank hesablarına köçürülməsinin təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılıb.

2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan maliyyə yardımı aidiyyatlı siyasi partiyalar arasında belə bölünür (manatla).

1 Yeni Azərbaycan Partiyası 1145125,89
2 Vətəndaş Həmrəyliyi Partiyası 136 089,81
3 Ana Vətən Partiyası 121 029,57
4 Sosial Rifah Partiyası 105 969,33
5 Azərbaycan Demokratik İslahatlar Partiyası 105 969,33
6 Azərbaycan Ümid Partiyası 105 969,33
7 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 105 969,42
8 Vətəndaş Birliyi Partiyası 105 969,33
9 Böyük Quruluş Partiyası 105 969,33
10 Milli Dirçəliş Hərəkatı Partiyası 105 969,33
11 Ədalət Partiyası 105 969,33

Dövlət büdcəsindən ayrılan vəsaiti Maliyyə Nazirliyi rüblər üzrə siyasi partiyanın bank hesabına köçürəcək.
XS
SM
MD
LG