Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:21

PEN International: “Ə.Əylislinin təhlükəsizliyi təmin edilsin!”


-

Mərkəzi qərargahı Londonda yerləşən və dünyanın 100-dən çox ölkəsində nümayəndəsi olan “PEN International” təşkilatı Azərbaycan hökumətini çağırıb ki, yazıçı Əkrəm Əylisli və onun ailəsinin təhlükəsizliyini təmin etsin, ona qarşı zor tətbiq etməyə çağıranları cəzalandırsın.

Təşkilat “Daş yuxular” romanında Qarabağ münaqişəsinin qurbanı olan ermənilərin halına acıdığına görə yazıçının təzyiqlərlə üzləşdiyini, evinin önündə etiraz aksiyası keçirildiyini, hətta milliyyətinin şübhə altına alındığını, Azərbaycan prezidentinin onu “xalq yazıçısı” adından məhrum etməklə cəzalandırdığını, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Ə.Əylislinin qulağının kəsilməsi üçün 10 min manat mükafat boyun olduğunu xatırladır.

“Daxili İşlər Nazirliyi zorakılığa belə çağırışların yolverilməz olduğunu və bunun araşdırılacağını bildirsə də, Əylisliyə olan təhlükə qalmaqdadır” – deyə təşkilat bəyanatında bildirir.
XS
SM
MD
LG