Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

Iran Azərbaycanından olan yazarlar Əkrəm Əylisliyə basqıları pislədi


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

Iran Azərbaycanından olan bir qrup yazar Azərbaycan Respublikasında yazıçı Əkrəm Əylisliyə qarşı təzyiqlərə etiraz olaraq bəyanat yayıb.

“Əkrəm Əylisliyə qarşı hücum və təhdidlərə son qoyulmalıdır!” – deyən yazarlar ona qarşı zor tətbiq edilməsi çağırışlarını “çirkin hərəkət” adlandırırlar.

Ə.Əylislinin Rusiya mətbuatında çap edilən "Daş yuxular" romanı Azərbaycanda qalmaqala səbəb olub. O, öz xalqını aşağılamaqda, erməniləri ucaltmaqda ittiham edilib.

Bəyanat müəllifləri hesab edirlər ki, yazıçı və ailəsinin təhlükəsizliyinin məsuliyyəti Azərbaycan dövlətinin üzərindədir və hər bir hadisə qarşısında məhz dövlətdən cavab istəniləcək:

“Qocaman yazıçı Əkrəm Əylislini yazdığı roman üçün təkfir edib ona xain adı vermək, evinin qarşısında nümayişlər keçirmək və s. antı-demokratik ruhun ən qabarıq təzahürüdür və yeni bir Salman Rüşdi macərası yaratmaqdır… Sovetlər dövründə müxalif və ya fərqli fikirli ziyalıların təqib edilməsi, Yazıçılar İttifaqından çıxarılması, onlara qarşı kütləvi nümayişlər keçirilməsinin şahidi olan, bu hərəkətlərin məhvedici nəticələrini təcrübə edən bir cəmiyyət belə hərəkətləri təkrar etməməlidir… Biz Əylislinin yazdığı romanı oxumamışıq, amma bir demokrat insan, bir qrup ziyalı və Cənubi Azərbaycan yazıçıları kimi, yazdığı roman üçün onun xain adlandırılmasını, ona qarşı nümayişlər keçirilməsi və habelə duğma vətənindən çıxarılmağa yönələn hərəkətləri, özünün və ailəsinin həyatının ciddi şəkildə təhülkəyə salınmasını qətiyyətlə məhkum edirik”.

Bəyanata imza atanlar: A.Elyar, İbrahim Şiri, Əhəd Vahidi, Əjdər Behnam, Baxış Səbəbi, Bağır Mürtəzəvi, Behruz Mütəllibzadə, Pərviz Urmulu, Dəniz İşçi, Sirius (Mədədi), Sənəd Dejban, Əlaəddin Fəth Razi, Əli Qərəcəlü, Qulam Babazadə (Şamğazan), Hidayət Hadi (Hadi Qaraçay), Yədulla Kənani (Nəminli)
XS
SM
MD
LG