Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:48

Ankarada Xocalı stendinə hücum [Video]


-
Türkiyənin «Etha» agentliyinin məlumatına görə, stendə hücum edənlər «Türk, kürt, erməni, yaşasın xalqların qardaşlığı», «Faşizmə qarşı çiyin çiyinə» şüarı səsləndiriblər.

Sonradan «Yüksel» prospektində təxminən 200 nəfər də onlara qoşulub. Onlar şüarlar səsləndirərək irəliləyiblər.

Aksiyaya Adanademirspor tərəfdarlarının da dəstək verdiyi bildirilir.

***
Stendi dağıdan qrup aksiya iştirakçılarına daş, dəyənək və şüşə parçaları ilə hücum ediblər.

«Anadolu» agentliyinin məlumatına görə, hadisə fevralın 24-ü Xocalı faciəsinin tanınması üçün imza toplayarkən baş verib.

İmza toplamaq aksiyası Xocalı faciəsinin anılmasını və 26 fevralın soyqırım günü kimi tanınmasını hədəf götürmüşdü.

Tədbiri Gökbörü Türkçülər Dərnəyi keçirirdi.

Gökbörü Türkçülər Dərnəyinin sosial şəbəkələrdə yaydığı məlumata görə,
stendə hücumu kommunistlər və separatçı kürdlər təşkil edib.

Türkiyə Komunist Partiyası «Twitter» hesabında Qızılaydakı aksiyanın TKP və onun tərəfdarları ilə heç bir əlaqəsi olmadığını yazıb.

«AdıKomünist AslıErmeni» adları ilə yaradılmış taqların provokasiya vasitəsi kimi qiymətləndiriblər.



1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edib. Əməliyyat zamanı dinc əhaliyə divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb.

Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilib.

Hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
XS
SM
MD
LG