Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:40

Sumqayıt hadisələrinin gizli qalan məqamları [Video]


25 il öncə baş verən Sumqayıt hadisələri barədə iş üzrə prokuror kimi çıxış etmiş hüquqşünas Aslan İsmayılov danışır.

-


«Azərbaycan Tarix İnstitutu lazımsız kitablar çap etdirir, amma Sumqayıt hadisələri ilə bağlı ciddi heç bir iş görülmür...».

«Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı» adlı kitabın müəllifi Aslan İsmayılov Azərbaycanda Sumqayıt hadisələrinin işıqlandırılması üçün lazımi işlərin aparılmamasından şikayətlənir:

«Sumqayıt hadisələri ilə bağlı bizdə olan materiallar ermənilərdə olsaydı, indi bütün dünya Qarabağ probleminin həllinə çalışardı...».

Vəkil Aslan İsmayılov beynəlxalq arenada aparılan kampaniyaların yararsız olmasını qeyd edir:

«Xocalı ilə bağlı aparılan təbliğatlar milyonlarla manata başa gəlməsinə baxmayaraq, sistemsiz aparılır və bunun beynəlxalq aləmdə Xocalı hadisələrinin tanınmasına heç bir təsiri yoxdur… Azərbaycanın Cəmil Həsənli kimi alimləri, Bəxtiyar Hacıyev, Emin Milli kimi gəncləri var. Bu təbliğatları da hər hansı korrupsioner məmur övladı deyil, onlar aparmalıdırlar. Gənclərə şərait yaradılmalıdır ki, beynəlxalq arenada səslərini eşitdirə bilsinlər...».

NAXÇIVAN, GƏNCƏ, SUMQAYIT...

Vəkil qeyd edir ki, Sumqayıt hadisələrini SSRİ DTK əvvəlcə Naxçıvanda törətmək istəyirdi, amma Naxçıvan rəhbərliyi bu hadisənin qarşısını alıb:

«Sonradan isə buna bənzər hadisələri Gəncədə törətmək istədilər, amma bunun da qarşısı alındı. Sumqayıtda isə bu hadisələri önləyə bilmədilər...».

Aslan İsmayılovun fikrincə, Sumqayıt hadisələri Dağlıq Qarabağ münaqişəsinin başlanğıcı hesab oluna bilər:

«Sumqayıt hadisələri ermənilərə onun üçün lazım idi ki, azərbaycanlıları vəhşi xalq kimi qələmə versinlər və daha sonra Qarabağı işğal etsinlər. Mən Sumqayıt hadisələri ilə bağlı kitabımda belə bir başlıq yazmışam ki, Sumqayıt Qarabağa aparan yol idi. Bütün bu proseslərə SSRİ DTK tərəfindən nəzarət olunurdu...».

«BUNU QORBAÇOV İSTƏYİRDİ»

Hüquqşünas deyir ki, o vaxt Kreml bu hadisənin tez bir zamanda bütün dünyaya yayılmasında maraqlı idi:

«Moskvadan kənarda olan bütün materialların xaricə çıxması üçün həftələr tələb olunurdu, bu, çox uzun bir proses idi, amma Sumqayıt hadisələri barədə məlumatlar dərhal bütün dünyaya yayıldı. Bunun yeganə səbəbi isə Qorbaçovun bunu şəxsən istəməsi idi...».

Sumqayıt hadisələri barədə iş üzrə prokuror kimi çıxış etmiş Aslan İsmayılov deyir ki, o vaxt bu işin araşdırılmasında və həqiqətlərin ortaya çıxmasında maraqlı olan hər kəsə təzyiqlər var idi:

«Mənə göstəriş vermişdilər ki, Qriqoryan barəsində güllələnmə cəzası istəmə, 15 ildən artıq iş kəsmə. Amma mən Qriqoryana və Vaqif Hüseynova qarşı güllənmə cəzası istəmişdim...».
XS
SM
MD
LG