Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:30

Obama büdcə xərclərində ixtisarları müxalifətin qəsdən yaratdığı vəziyyət adlandırır



ABŞ prezidenti Barack Obama martın 1-dən qüvvəyə minən büdcə xərclərində ixtisara dair qanunu müxalif respublikaçılar Partiyasının bilərkdən yaratdığı problem adlandırıb. prezident hesab edir ki, siyasi rəqiblərinin bu düşünülmüş addımı ölkədə iş yerlərinin itirilməsinə səbəb olacaq, iqtisadiyyata zərbə vuracaq.

Konqresdəki Respublikaçılar və Demokratların liderləri ilə Ağ Evdə görüşən prezident müzakirənin sonunda bildirib ki, fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmur, xərclərdə ixtisarlar ağrısız keçməyəcək.

ABŞ-da 11.7 trolyona çatan dövlət borcunun azaldılması üçün görülməli tədbirləri müxalifətdə olan Respublikaçılar və hakim Demokratlar razılaşa bilmirlər. Razılıq əldə edilmədiyindən martın 1-dən büdcə xərclərində avtomatik ixtisarlar nəzərdə tutan qanun işə düşür. Bu qanun martın 1-dən oktyabrın 1-ə qədər xərcləri 85 milyard dollar azaltmağı nəzərdə tutur. Qanuna görə ABŞ-ın müdafiə nazirliyinin büdcəsindən 7 faiz, başqa dövlət orqanlarının büdcə xərclərindən isə 5 faiz kəsilməlidir.
XS
SM
MD
LG