Bakı Metropolitenində qatarların ləngiməsi vaqonlardan birində baş verən texniki nasazlıqla bağlı olub. Bu barədə Trend-ə bazar ertəsi Bakı Metropolitenindən verilən açıqlamada bildirilir.
Metropolitendən verilən məlumata görə, texniki nasazlığa görə vaqonlardan biri aşağı sürətlə hərəkət etməyə başlayıb ki, bu da öz növbəsində ümumilikdə hərəkət qrafikinə təsir edib.
Nəticədə 5-7 dəqiqəlik ləngimə meydana çıxıb.
Onun sözlərinə görə, texniki nasazlığın aradan qaldırılması üçün vaqon depoya aparılıb. Hazırda metropolitendə qatarların hərəkət qrafiki normallaşıb.