Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Sabahdan temperatur 5-8 dərəcə aşağı enir


Martın 5-dən hava şəraitinin tutqun və yağıntılı olacağı gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti soyuq diskomfort hissi yaradacaq.

Bu barədə məlumatı APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova verib.

Onun sözlərinə görə, martın 5-dən 7-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Gündüz 4-7, gecə 2-4 dərəcə isti olacaq və güclü şimal-qərb küləyi əsəcək.

Bölgələrdə isə havanın gündüz arabir yağıntılı olacağı gözlənilir. Gecə bəzi yerlərə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Havanın temperaturu gecə 0-5 isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtada 3 dərəcəyədək isti olacaq.
XS
SM
MD
LG