Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:04

Zaqatala: 2237 ailə kompensasiya alıb, 3003 evin tikintisi yekunlaşır


Zaqatala - 18 noyabr 2012
Zaqatala - 18 noyabr 2012
-
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov martın 4-də «Media forum» saytına deyib ki, zəlzələdə yararsız hala düşmüş 3003 evin tikintisi yekunlaşır:

«Demək olar ki, bu evlərin tikintisi başa çatıb. Sadəcə, bir neçəsində tamamlama işləri aparılır. Vətəndaşların bir çoxu evlərinə köçməyə başlayıb».

Elman Ramazanov əlavə edib ki, evləri ziyan çəkmiş 2237 ailə üst-üstə 11 milyon 283 min manat məbləğində kompensasiya alıb.

Ötən il may ayının 7-də Zaqatala rayonunda 12 ballıq cədvəl üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Zaqatala, Qax və Balakən rayonlarında dağıntılar törədib. Oktyabrın 14-də isə Balakən rayonunun Gürcüstanla sərhədində əvvəl 7, daha sonra 5 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar Zaqatalada 6 və 4 bal gücündə hiss edilib.
XS
SM
MD
LG