Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:24

Gəncədə məktəbəqədər müəssisələr icra hakimiyyətinə verildi


Arxiv foto
Arxiv foto
-

Gəncənin 42 məktəbəqədər təhsil müəssisəsi yerli icra hakimiyyətinin balansına verilib.

Bu barədə Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov məlumat verib. Bildirib ki, artıq əsasnamələr və akt əsasında sözügedən müəssisələr təhsil idarəsinin balansından çıxarılıb.

Gəncədə 42 dövlət balansında olan 2 özəl məktəbəqədər müəssisə fəaliyyət göstərir.

Məktəbəqədər təhsil müəssisələrinin yerli icra hakimiyyətlərinin tabeçiliyinə verilməsi Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli qərarı ilə təsdiqlmiş «Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə»də dəyişiklikliyə görə reallaşıb.
XS
SM
MD
LG