Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:03

Hər il Azərbaycandan 11 ton heroin keçir


Əlinə heroin vuran narkoman
Əlinə heroin vuran narkoman
ABŞ Dövlət Departamenti “Narkotiklərə nəzarət üzrə beynəlxalq strategiya - 2013” adlı illik hesabat yayıb.

Hesabata görə, hər il Azərbaycan ərazisindən keçməklə 11 ton heroin daşınır.
Bunun da böyük hissəsi Azərbaycana İrandan daxil olur.

Hesabatda deyilir ki, “Əfqanıstandan və İrandan Avropaya və Rusiyaya gedən əsas narkotik marşrutlarının mərkəzində yerləşən Azərbaycan heroin və digər narkotiklərin tranzitində mühüm ölkədir”.

Ancaq hesabatda deyilir ki, Azərbaycanın özündə narkotik maddələrdən istifadə və narkotik maddələrin becərilməsi çox azdır və böyük problem yaratmır”.

Sənəddə 2011-ci ildə Azərbaycanda 557 kq narkotik maddənin müsadirə olunduğu bildirilir.

Bu, 1 ton 860 kq narkotik maddənin müsadirə olunduğu 2010-cu illə müqayisədə xeyli azdır.

2011-ci ildə narkotik maddə qaçaqmalçılığına görə 2341 nəfər həbs olunub.

2011-ci ildə Azərbaycanda 59 qanunsuz narkotik maddə istehsalı aşkarlanıb və nəticədə 20 kiloqram xaşxaş və 3,4 ton çətənə kolu məhv edilib.
XS
SM
MD
LG