Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

«Molodoy», «dembel», «ded» - Azərbaycan ordusunda yazılmayan qanunlar


-


Orada hamının öz adı var.

Ordu

Facebook-dan birbaşa şərh yaz

Onların dilində xidmətə yeni gələn, xidməti bitirən, işdən boyun qaçıran, işləməyə meylli olmayanlar və rüşvət verənlər xüsusi adlarla çağırılır.

Bu deyilənlərdən hər birinə özünə xas münasibət formalaşır. Ordu həyatında dedovşina, onu doğuran səbəblər, əsgər həyatı, onların istifadə etdiyi jarqonlar, ayamalar 11 mart axşam saat 7-də Azadlıq FM verilişində çək çevir edilib.

Veriliş boyunca əsgərlərin yaratdığı lüğətdən də danışılıb. Məsələn, «molodoy», «dembel», «ded» kimlərə deyilir? Bu lüğəti bizimlə davam etmək, müzakirə etmək istərdinmi?
-
Ordu eksperti Üzeyir Cəfərli:

- Ordu cəmiyyətin ayrılmaz bir hissəsidir. Dedovşina isə nizamnamədən kənar bir işdir. Əsgər nizamnamədən kənar çıxanda dedovşina başlayır. Hərbiçilər nizamnaməyə əməl edəndə heç bir problem yaranmır. 20 ildir Azərbaycan ordusu müstəqildir, keçmiş SSR-i ilə heç bir əlaqəmiz yoxdur.

- Biz problemləri cəbhə bölgələrində, xəttində axtarmamalıyıq. Biz problemləri Bakıda axtarmalıyıq... 18 yaşlı dünya görüşü, təcrübəsi az olan adamı 35 yaşlı əsgərlə xidmətə salmaq olmaz. 18 yaşlı əsgər olan yerdə 35 yaşlı əsgər iş görərmi? Sözsüz ki, yox. Belə olur ki, orduda problem yaranır.

- Ali Məktəbə daxil olmayan gəncləri tez hərbi xidmətə aparırlar. Parta axtasında duran uşağı hərbi xidmətə aparmazlar. İmkan, şərait yaratmaq lazımdır ki, ali məktəbə daxil olmayan uşaqlar 1-2 il sonra hərbi xidmətə yollansınlar...

- Ordu xalqın qarantı olduğu üçün biz ordunu müdafiə etməliyik. Qanunvericilik təkminləşdirilməlidir...

- Komandirlər öz vəzifə borcunu yerinə yetirməyəndə dedovşina yaranır...

Əsgəri xidmətini 2012-ci ildə başa vurmuş Arif Pənahov:

- Orduda əsgərin psixoloji olaraq təklənməsi olur. Molodoy əsgər hərbi xidmətə gəlir, heç kimi tanımır... Və komandir yeni əsgəri köhnə əsgərlərə tapşırırlar. Köhnə əsgərlər də yeni xidmətə gəlmiş əsgərlərə təzyiq etməyə, çətin suallar verməyə, fiziki təzyiq etməyə başlayırlar.

- Azərbaycan Ordusunun Rus ordu ilə nizamnaməsi təxmini oxşardı. 20 ilə yaxındır azad ölkəyik amma orda idarəçiliyində Sovet təlimatı işləyir...

- Hərbi hissələrdə deyirlər ki, əsgər boş qalmamalıdır... Əsgər boş qalanda problemlər, narahatçılıqlar çıxır.

- Hərbi söyüşün çox olduğu yerdir...
MÜZAKİRƏYƏ QOŞUL... YOUTUBE-dan İZLƏ...

VERLİŞİN TAM DİNLƏMƏK ÜÇÜN:


XS
SM
MD
LG