20:59
10.3.2013
54 NƏFƏR SƏRBƏST BURAXILIB
Yasamal polisində saxlanılan 56 nəfərdən 54-ü hər hansı sənədləşmə və xəbərdarlıq olmadan sərbəst buraxılıb.
Bu barədə AzadlıqRadiosuna həmin bölmədə saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyev məlumat verib.
Bu barədə AzadlıqRadiosuna həmin bölmədə saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyev məlumat verib.
İki nəfər hüquqşünas Erkin Qədirli ilə daha bir nəfər Yasamal polisindən Səbail polisinə aparılıb.
Səbail polisi qarşısında olan AzadlıqRadiosunun müxbiri daha bir neçə nəfərin Səbail polisinə gətirildiyini xəbər verir.
10 mart aksiyasında saxlananlardan 60 nəfərə yaxını adamın bu idarədə olduğu bildirilir.
Polis idarəsindən çıxan və özünü təqdim etməyən mülki geyimli saxlananların məhkəməyə aparılmayacağını xəbərdarlıqdan sonra sərbəst buraxılacağını deyib.

20:45
10.3.2013
«Əsgər ölümünə yox» aksiyası Abbas Atilayın fotolarında #10Mart #protestBaku http://t.co/dTE8bNetHk
— RadioAzadliq (@RadioAzadliq) 10.3.2013
20:38
10.3.2013
#10Mart aksiyası ilə bağlı müxtəlif siyasilərin və DİN mövqeyi ilə burada tanış olun #protestBaku http://t.co/pzOqa1kO6n
— RadioAzadliq (@RadioAzadliq) 10.3.2013
18:31
10.3.2013
DAXİLİ İŞLƏR NAZİRLİYİ DEYİR Kİ...
10 mart aksiyasında saxlanalarla bağlı Daxili İşlər Nazirliyinin hər hansı məlumat yayacağı gözlənilmir. AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətindən belə deyiblər.