15:36
10.3.2013
DAHA 30 NƏFƏR SAXLANILIB
Aksiyada daha 30 nəfər saxlanılaraq avtobusa mindirilib. Saxlanalar arasında Xədicə İsmayıl da var, Onun dediyinə görə, aksiyanın dağıdılması zamanı gözyaşadıcı qazdan istifadə edildiyindən saxlanaların bəzilərinin səhhətində problem yaranıb.
Polis səsgücləndirici ilə aksiyaçılara xəbərdarlıq da edir: “Aksiya qanunsuzdur, buna görə də dağılışın”.

15:45
10.3.2013
Rezin güllələr, su şırnağı, 30-dan çox həbs edilən aksiyaçı - #10Mart #protestBaku http://t.co/s0wixD6bbu
— RadioAzadliq (@RadioAzadliq) 10.3.2013
15:48
10.3.2013
KİÇİK QRUPLAR ETİRAZLARINI DAVAM ETDİRİRLƏR
Onlar əsgər ölümləri ilə bağlı şüarlar səsləndirirlər. Polis onları ərazidən uzaqlaşdıraraq polis avtomobilinə və ya avtobuslara mindirərək ərazidən uzaqlaşdırır. Saxlananlara arasında qadınlar və media nümayəndələri də var.

Əli dəyənəkli və dəbilqəli polis Nizami küçəsindən Fəvvarələr Meydanına gələn yolları tam nəzarətdə saxlayır. Su şırnağı vuran maşınlar da ərazidə gözləməkdədir.
15:55
10.3.2013
Etiraz aksiyası kiçik qruplarla davam edir - Əsgər ölümləri ilə bağlı şüarlar səsləndirilir. #10Mart #protestBaku http://t.co/4H5s6Q2iOm