Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:06

Fitch ARDNŞ-in dollar istiqrazlarına “BBB” reytinqi verib


Bu günlərdə ARDNŞ Avropa bazarında 1 mlrd. dollar həcmində istiqrazlarını yerləşdirdi.
İndi Fitch beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) qiyməti dollarla müəyyən olunmuş istiqrazlara BBB reytinqi verib.

«APA-Economics»in məlumatına görə, verilən reytinq dövlət tərəfindən dəstəyi nəzərə alır və Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir.

Ancaq maraqlı olan Fitch agentliyinin öz reytintiqini nəyə əsaslanıb verməsidir. Fitcin reytinqi ARDNŞ-in maliyyə və hasilat göstəricilərinə, dövlətdən dəstəyinə və s-yə əsaslanır.

Fitchin əlində olan ARDNŞ göstəriciləri:

Fitch qeyd edir ki, ARDNŞ tam şəkildə dövlətə məxsusdur və neft-qaz sahəsində dövləti təmsil edir. Şirkət dövlətdən kapitala əlavə daxilolmalar alır ki, bunlar 2011-ci ildə 190 mln. manat, 2012-ci ildə isə 200 mln. manat təşkil edib, 2012-ci il üçün nəzərdə tutulan bu daxilolma hələ həyata keçirilməyib.

Agentliyin fikrincə, ARDNŞ həcmi 263 min barel neft ekvivalentində olan sutkalıq hasilat göstəricisi ilə məhdud miqyasa malikdir, lakin əsas müqavilələr çərçivəsində hasilatın artımı gözlənilir. Bundan əlavə şirkətin qaz hasilatının artımı da olmalıdır.

Verilən reytinq ARDNŞ-in həcmi 5,3 mlrd. dollar olan 2012-2015-ci illər üçün investisiya proqramını da nəzərə alır.

Reytinqin gələcəkdə dəyişmə ehtimalına gəlincə bildirilir ki, dövlət dəstəyinin azalması, kredit qabiliyyətinin enməsinə səbəb ola biləcək yeni aktivlərin alışı kimi amillər reytinqin aşağı salınmasına səbəb ola bilər.

Agentlik bildirir ki, 2012-ci il iyunun 30-na ARDNŞ-in pul vəsaitlərinin həcmi 1,006 mlrd. manata bərabər olub, bu isə həmin tarixə 656 mln. manat həcmində olan qısamüddətli ödəmələri nəzərdə tutan borcların ödənilməsi üçün yetərli olub.

Qeyd edilir ki, ADRNŞ-in pul vəsaitlərinin əsas hissəsi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankında yerləşdirilib. Həmçinin qeyd olunur ki, 2013-cü ildə ARDNŞ 727 mln. dollar həcmində borc ödəməlidir və ya yenidən maliyyələşdirməlidir. Bundan sonra isə 2017-ci ilə qədər istiqrazlar üzrə illik ödənişlərin həcmi 400 mln. dollardan artıq olmayacaq. Bu nəzərə almaqla ARDNŞ-in likvidlik və ödəmə qabiliyyəti yüksək qiymətləndirilir.
XS
SM
MD
LG