Keçid linkləri

2025, 02 Yanvar, Cümə axşamı, Bakı vaxtı 22:50

Azərbaycanda məcburiı nigaha görə cəza sərtləşdirilir


Foto arxiv
Foto arxiv
Azərbaycanda qadını nikaha məcbur edənlərə qarşı cəza sərtləşdirilir.

ANS-PRESS-in Milli Məclisə istinadla verdiyi məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 176-1 maddəsinə dəyişikliklərin müzakirəsi gözlənilir.

Dəyişiklikliklərdə nigaha məcbur edən şəxslərin 5 mindən 7 min manatadək cərimə edilməsi və ya 6 ilədək həbs cəzası nəzərdə tutulur.
Bu nikah yaşına çatmayanlara qarşı ediləndə isə 7 mindən 10 min manatadək cərimə və ya 8 ilədək həbs cəzası
tətbiq oluna bilər.

Layihənin bu il parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılması gözlənilir.
XS
SM
MD
LG