Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:19

Lənkəranda «Hüseyniyyə» məscidində namazdan sonra söhbət


Lənkəranda insanlar ibadətdən əvvəl məscidin qarşısında (2 aprel 2013 / Foto: Xeber44.com)
Lənkəranda insanlar ibadətdən əvvəl məscidin qarşısında (2 aprel 2013 / Foto: Xeber44.com)
-
Aprelin 2-də bir qrup insan, axşam namazından sonra Lənkəran «Hüseniyyə» məscidinə toplaşıblar. Toplantıda bir sıra məsələlərdən, o cümlədən ilahiyyatçı Tale Bağırzadənin həbsindən danışılıb.
Bunu AzadlıqRadiosuna dindar kəsimdən olan insanların hüquqlarını müdafiə edən Sədi Kazımov deyib.
Onun dediyinə görə, əslən Lənkəran şəhərindən olan ilahiyyatçı Zülfüqar Mikayılovun izlənməsi ilə bağlı məlumatlar bəzi insanlarda narahatçılıq yaradıb.
İnsanlar ilahiyyatçının həbs ediləcəyindən narahatdılar.
Zülfüqar Mikayılov məsciddə danışarkən (2 aprel 2013)
Zülfüqar Mikayılov məsciddə danışarkən (2 aprel 2013)
Sədi Kazımov bildirib ki, toplantı saat 10-na kimi davam edib.
Ancaq Lənkəran rayon Polis İdarəsinin növbətçi hissəsindən bu məlumatı təsdiqləməyiblər.
Növbətçi hissədən AzadlıqRadiosuna bildiriblər ki, onlara bununla bağlı məlumat daxil olmayıb.
XS
SM
MD
LG