Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:43

Masallıda jurnalistə 8 il iş verildi


-
Aprelin 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda fəaliyyət göstərən “Xeber44.com” saytının redaktoru Araz Quliyevə hökm oxunub.

O 8 il azadlıqdan məhrum edilib. Bu haqda AzadlıqRadiosuna redaktorun vəkili Fariz Namazlı məlumat verib.
Araz Quliyevlə yanaşı daha 7 nəfər də həbs edilib. Xalid Kazımova 8, Ziya Tahirov və Rza Ağalı 7, Surac Ağayev 5, Namiq Kişiyev və Nicat Əliyev 4,6 il, Nicat Əliyev 3 il müddətinə həbs ediliblər.
Sayt redaktoru Araz Quliyev hakimiyyəti tənqid edən yazıların müəllifi olmaqdan başqa, həm də dindardır. Vəkilin sözlərinə görə, o hakimiyyəti tənqid etməsinə görə həbs edilib.
Araz Quliyev və daha 7 nəfər ötən il Masallıda keçirilən Folklor Festivalı ərəfəsində saxlanmışdılar:
«Guya o festivalın keçirilməsinə qarşı çıxıb. Saxlanan zaman da polisə müqavimət göstərib. Həmçinin evindən 2 ədəd qumbara tapıldığı da deyilir. Onunla yanaşı 7 nəfər də həbs edilib. Həmin 7 nəfər Araz Quliyevin dost-tanışı, yaxınlarıdır. Araz Quliyev deyir ki, onlar mənə görə saxlanıb. Araz Quliyev bildirdi ki, siyasi fəaliyyətinə, yazılarına görə, saytda hakimiyyətə, o cümlədən Masallı rəhbərliyinə qarşı tənqidi yazılara görə həbs edilib».
Araz Quliyev Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham olunur. O dini ədavət, dini düşmənçilik yaratmaqda təqsirli bilinir.

Vəkilin sözlərinə görə, Araz Quliyevin dini mövzuda yazdığı bəzi məqalələr ekspertizaya göndərilib.

Ekspertizanın qənaəti budur ki, həmin yazılar dini çaxnaşmaya, düşmənçiliyə səbəb ola bilər. Fariz Namazlı deyir ki, bu da Araz Quliyevin sadəcə yazılarına görə həbs olunduğunu göstərir. Vəkilin qənaətincə, jurnalistin evində qumbara tapılması və ya polisə müqavimət göstərməsi haqda digər maddələr isə quramadır, saxtadır. O ittihamların saxta olduğunu polislərin məhkəmədə verdikləri ziddiyyətli ifadələr zamanı da ortaya çıxdığını bildirir.

İCRA BAŞÇISI HƏBSLƏRİ TƏBİİ SAYIR
AzadlıqRadiosunun əməkdaşı Müstəcəb Məmmədov Masallı icra hakimiyyətinin başçısı Rafil Hüseynovdan Araz Quliyevin həbsinə münasibət öyrənib.

İcra başçısı bildirib ki, həbs edilən dindarlar, o cümlədən də Araz Quliyev ötən il keçirilən Folklor Festivalı zamanı diskotekanın olmasına etiraz ediblər.
Rafil Hüseynovun sözlərinə görə, həmin dindarlar özlərini Museyi-Kazım dəstəsi hesab edirlər və məscidlərdən mollaların başlarına çalma qoymalarını tələb edirmişlər. Hətta icra başçısı onların Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsindəki nümayəndəsi olan qazinin üstünə hücum etdiklərini və onunla bəzi dini baxışlarla bağlı haqq-hesab tələb etdiklərini də söyləyib:
İcra başçısının dediyinə görə bunlar fiziki qüvvə göstərmək həddinə çatıblar:

««Xəbər44»-ün redaktoru haqdasa dedi ki, o sürücülüklə məşğul olur. Amma necə olur ki, belə yüksək səviyyəli internet saytı açır və bu da şübhə doğurur. Bundan başqa, həmin dəstə üzvləri insanları narahat edirlər. Hətta bir dəfə Ərçivan qəsəbə sakinini vurublar, kəndlə şəhəri qarşı qarşıya qoymaq istəyiblər».

İcra başçısı hesab edir ki, həmin adamların həbsi təbiidir.
XS
SM
MD
LG