Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:05

Elmir Mirzəyev: Toy insanlara yığışmaq üçün məbəddir - [Video]


-

Toy

Facebookdan birbaşa şərh yaz

Azərbaycanda toylar yalnız iki gəncin ailə həyatında birləşməsinin qeyd edilməsi deyil.
Bu həm də böyük əksəriyyət üçün rəqs etmə, musiqi dinləmə, ən təmtəraqlı paltarı nümayiş etdirmə imkanıdır.
Toylar həm də gələcək həyat yoldaşının bəyənilib seçildiyi bir mərasimdir.
Lakin heç də hamı bu mərasimi sadalanan müsbət keyfiyyətlərlə xatırlamır.
Facebookda gedən toy müzakirələrində toyların qulaq batıran, israfçılığa yol açan məkan olması fikiri daha çox üstünlük təşkil edir.
Toyun Azərbaycan cəmiyyətindəki yerini Azadlıq FM-də müzakirə etmişik.

Verilişin qonağı bəstəkar-kulturoloq Elmir Mirzəyev olub:

- Toy insanlara yığışmaq üçün məbəddir. Azərbaycanlı həyatını toya qədər və toydan sonra yaşayır. Dərin sosial funksiyaları olan bir hadisədir bizdə toy.
- Toyxana musiqiçilərini ənənəvi novator adlandırmaq olar.
- Toy elə bir mərasimdir ki, gedib narazılıq etməkdənsə, həzz almaq lazımdır.
- İctimai quruluş dəyişməlidir mərasimlərin dəyişməsi üçün. Zamanla dəyişikliklər var. Sadəcə nəzərə çarpmır.
Qarmon ifaçısı Murad Məcidov:
- Bizim musiqimiz, mədəniyyətimiz, mətbəximiz toylarda inkişaf edib. İnsanlar toya xoş əhvalda gəlirlər. Hərdən toylarda qarmon. gitara olmur. Toyun aparıcı qüvvəsi qarmondur. Sintizator gələndən sonra milli alətlərimiz sıradan çıxır.
- Daha çox “Yanıq Kərəmi” sifariş olunur toylarda. Son vaxtlar bəy və gəlinlər milli rəqslərimizi hazırlayırlar.
- Bəzən həzin bəstəkar əsərləri veriləndə toy sahibləri narazılıq edir.
Bəs sizin üçün toy nə deməkdir? Bir toy sizə neşəyə başa gəlir? Əylənə bilirsinizmi? Nələr xoşunuza gəlir? Nəyin dəyişməsini istərdiniz?

Verlişi tam dinləmək üçün:


XS
SM
MD
LG