Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:13

«Azad Gənclik» təşkilatının üzvü prokurorluğa çağırılıb


-
«Azad Gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Bu barədə AzadlıqRadiosuna İlkin Rüstəmzadə özü məlumat verib:

«Özünü Ləmbəranski soyadı ilə təqdim edən müstəntiq mənə dedi ki, NİDA-çıların cinayət işində şahid qismində ifadə verməliyəm. O, aprelin 9-u saat 10-na məni idarəyə dəvət etdi».

«Nida» Vətəndaş Hərəkatının 7 üzvü - Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir.

Onlara CM-nin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.
XS
SM
MD
LG